+994507882020
info@avtoyol.az
Əsas səhifəÖlkəYeni dərs ilinin başlanması ilə əlaqədar 2019-cu il sentyabr ayının 15-dən, oktyabr ayının 15-dək respublika ərazisində «Diqqət, uşaqlar!» adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək.
PAYLAŞ

Yeni dərs ilinin başlanması ilə əlaqədar 2019-cu il sentyabr ayının 15-dən, oktyabr ayının 15-dək respublika ərazisində «Diqqət, uşaqlar!» adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək.

Ölkə 10 sentyabr 2019 16:00 6029

DİN rəhbərliyinin müvafiq göstərişinə əsasən yeni dərs ilinin başlanması ilə əlaqədar 2019-cu il sentyabr ayının 15-dən, oktyabr ayının 15-dək respublika ərazisində «Diqqət, uşaqlar!» adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək.
Tədbirin keçirilməsinin əsas məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır.

Göstərişə əsasən uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlilinin aparılaraq, onların başvermə səbəblərinin və şəraitlərinin aradan qaldırılması üzrə konkret profilaktiki tədbirlərin görülməsi, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraitinin yenidən müayinə olunması, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yol nişanlarının qoyulması, yararsızlarının yeniləri ilə əvəz edilməsi, nişanlama xətlərinin çəkilməsi və s. tədbirlərin həyata keçirilməsi tapşırılmışdır.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020
E-poçt: info@avtoyol.az