Əsas səhifəYol əhvalatıYol polisindən nümunəvi addım - Şəkidə
PAYLAŞ

Yol polisindən nümunəvi addım - Şəkidə

Yol əhvalatı 22 Fevral 2020 11:30 3763
Yolu keçmək istəyən azyaşlılara köməklik göstərilir
Şəkidə yol polisi piyadalara kömək edir. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə yerləşən məktəblərin qarşısında təhlükəsizliyin təmin edilməsinə xüsusi diqqət yetirilir. Dərs saatlarının başlanma və bitmə vaxtlarında polis əməkdaşları xidmətlərini həmin təhsil müəssisələrinin qarşısında davam etdirirlər. Yolu keçmək istəyən azyaşlılara köməklik göstərilir, onların hər hansı bir xoşagəlməz halla rastlaşmaması üçün qabaqlayıcı tədbirlərdən istifadə edilir.
MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020