Lənkəran rayonunda bir nəfərin ölümü, daha bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtoyol.az xəbər verir ki, hadisə Girdəni kəndində qeydə alınıb.
Belə ki, qəza zamanı İstisu kənd sakini, 1986-cı il təvəllüdlü Mais Kəlbiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Günəhir kənd sakini, 1978-ci il təvəllüdlü Asif Fərəcovun idarə etdiyi "Ford" markalı yük avtomobili toqquşub.
Nəticədə "VAZ-2107"in sürücüsü və sərnişinləri ağır yaralanıb.
Qəzada ağır yaralanan 1979-cu il təvəllüdlü Mahir Əhmədov xəstəxanaya aparılan zaman yolda keçinib.
Onun anası, 1947-ci il təvəllüdlü Güldərən Əhmədova və oğlu 2014-cü il təvəllüdlü Hüseyn Əhmədzadə ağır yaralanıb. Eləcə də 1968-ci il təvəllüdlü Sevil Abdullayeva və 1986-cı il təvəllüdlü Mais Kəlbiyev ağır xəsarətlər alıb.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər