Əsas səhifəMaraqlıBuzlar əridi, 76 il əvvəl qəzaya uğrayan təyyarə üzə çıxdı - FOTO
PAYLAŞ

Buzlar əridi, 76 il əvvəl qəzaya uğrayan təyyarə üzə çıxdı - FOTO

Maraqlı 24 Sentyabr 2020 09:02 3093

İkinci Dünya Müharibəsi dövründə İslandiyada qəzaya uğrayan B-17 tipli bombardmançı təyyarə 76 il sonra üzə çıxıb.

“Haber Global” məlumat verir ki, ABŞ-a məxsus təyyarənin üzə çıxmasına səbəb buzların əriməsi olub.

Dünyanın ən böyük probleminə çevrilən hava tempraturunun artması, karbon qazının çoxalması və buzlaqların əriməsi kimi iqlim dəyişikliyinin təsirləri davam edir.

İkinci Dünya Müharibəsi dövründə İslandiyada qəzaya uğrayan ABŞ-ın strateji B-17 tipli bombardmançısı 16 sentyabr, 1944-cü ildə 10 nəfər heyət üzvü ilə buzlaqda qəzaya uğramışdı.

Zamanla buzlaqların əriməsi təyyarənin qalıqlarının 76 il sonra üzə çıxmasına səbəb olub. Qalıqlar ərazini araşdıran alpinistlər tərəfindən aşkar edilib.



MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020