Əsas səhifəQalereyaTəhsil haqqı ilə bağlı məsələ I oxunuşda qəbul olundu
PAYLAŞ

Təhsil haqqı ilə bağlı məsələ I oxunuşda qəbul olundu

Qalereya 30 Sentyabr 2020 2412

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə qanunun 14.8-1-ci maddəsinə əlavə edilir.

Qanunun hazırkı varinatına görə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Qanuna təklif olunan əlavə ilə isə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayacaqlar..

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020