Əsas səhifəQanunMəhkəmə magistral yolda "avtoş"luq edən sürücünü cəzalandırdı
PAYLAŞ

Məhkəmə magistral yolda "avtoş"luq edən sürücünü cəzalandırdı

Qanun 19 May 2021 11:47 1562

Magistral yolda avtoxuliqanlıq edən sürücü saxlanılıb.

" Avtoyol.az "xəbər verir ki, 90-HK-109 qeydiyyat nişanlı "Vaz 2107" markalı avtomobilin sürücüsü Bakı-Ələt yolunda avto şou göstərərək təhlükəli hərəkətlər etdiyinə görə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları onu saxlayıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, avtomobili idarə edən sürücü 1995-ci il təvəllüdlü Paşayev Mərhəmət Məhəmməd oğlu törətdiyi xətaya görə saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə protokol tərtib olunub. Sürücü barəsində toplanılmış materiallar aidiyyəti üzrə Qaradağ rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə sürücü 500 manat miqdarında cərimələnməklə nəqliyyat vasitəsini idarəetmə hüququ 1 ilədək məhdudlaşdırılıb.






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020