Əsas səhifəEkspertMetronun açılması tıxacların azalmasına səbəb ola bilər? - AÇIQLAMA
PAYLAŞ

Metronun açılması tıxacların azalmasına səbəb ola bilər? - AÇIQLAMA

Ekspert 26 May 2021 15:19 2089


Bakı Metropolitenində sərnişindaşımanın bərpa olunması paytaxtda nəqliyyatda sıxlığın azalmasına müəyyən dərəcədə öz təsirini göstərəcək.

Bunu Trend-ə nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

Ə.Hüseynov bildirib ki, ilk növbədə metro stansiyalarının olduğu istiqamətlərdə sərnişin axını tənzimlənəcək:

“Metronu əvəzləyən avtobuslar əvvəlki marşrutlarına qayıdacaqlar və marşrut xəttlərində vəziyyət yüngülləşəcək. Ancaq nəzərə almalıyıq ki, karantinlə bağlı bir sıra digər məhdudiyyətlər də yumşaldılır. Tədris bərpa olunur, dini ibadət yerləri, idman zalları açılır. Bütün bunlar o deməkdir ki, insanların aktivliyi də artacaq. Ona görə də metronun açılmasının tıxacları aradan qaldıracağını demək olmaz. Sadəcə müəyyən dərəcədə vəziyyət yaxşılaşacaq.Taksidən, fərdi avtomobillərdən istifadə edənlərin sayı müəyyən dərəcədə azalacaq. Bunun nəticəsində bəzi istiqamətlərdə nəqliyyat sıxlığının bir az azalması gözləniləndir, amma bütövlükdə Bakını tıxaclardan azad etməyəcək.

Pandemiyadan əvvəlki dövrlərdəki tıxaclar yenə də olacaq”.






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020