Əsas səhifəNəqliyyatEynəklə vəsiqə alan sürücü eynəksiz maşın sürə bilər? - HÜQUQŞÜNASDAN AÇIQLAMA
PAYLAŞ

Eynəklə vəsiqə alan sürücü eynəksiz maşın sürə bilər? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Nəqliyyat 08 İyun 2021 22:34 2025

Eynəkdən istifadə edən şəxslər sürücülük hüququ əldə edərkən vəsiqənin xüsusi qeydlər bölməsində "eynəklə idarə edilməsinə icazə verilir" sözləri yazılır. Vəsiqəsində bu cür qeyd yazılan sürücü eynəksiz avtomobil idarə edərsə onu hansı məsuliyyət gözləyir?

"Avtoyol.az" ted.az-a istinadən bildirir ki, məsələyə münasibət bildirən hüquqşünas Ərşad Hüseynov qeyd edir ki, sürücülük vəsiqəsində qeyd olunan məlumatlarla bağlı 2018-ci ilin may ayında "Yol hərəkəti haqqında" qanuna  dəyişiklik olundu. Qanunun yeni redaksiyasına görə sürücülük vəsiqəsindəki xüsusi qeyd bölməsində "eynəklə idarə etməsinə icazə verilir" - deyə qeyd ola bilər. Təbii ki, bu, həkimin tibbi rəyi əsasında olur. Amma qeyd yazılandan sonra sürücü nəqliyyat vasitəsini eynəksiz idarə edərsə burada onun məsuliyyətə cəlb olunması ilə bağlı qanunvericilikdə heç nə qeyd olunmayıb.

Ona görə də belə bir qeydi olan vəsiqə sahibi bu günkü gündə eynəksiz nəqliyyat vasitəsi idarə edərsə hansısa bir məsuliyyətə cəlb edilə bilməz.


Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020