+994507882020
info@avtoyol.az
Əsas səhifəMaraqlıKondisionersiz avtomobili necə sərinlətmək olar? - MARAQLI ÜSULLAR
PAYLAŞ

Kondisionersiz avtomobili necə sərinlətmək olar? - MARAQLI ÜSULLAR

Maraqlı 18 İyun 2021 12:39 353
Yayda günəşin altında isinən avtomobilə əyləşmək sürüclərə böyük çətinlik yaradır. Xüsusən də, əgər maşında kondisioner yoxdursa, bu istilik saatlarla avtomobildə sürücünü  tərlətməyə davam edir.

Avtosfer.az kondisionersiz də avtomobili sərinlətməyin bir neçə yolunu sürücülərə təqdim edir. 
Bunun üçün ilk öncə avtomobilin qapılarını açıb, şüşələrini aşağı salmaq lazımdır. Əgər avtomobiliniz heçbekdirsə arxa qapılar da açılmalıdır.
Bir neçə dəfə qapıları açıb bağlamaqla içəridəki isti havanın çölə çıxmasını tezləşdirmək mümkündür.
Daha sonra mühərriki işə salmaqla fanı (ventilyator) açıb, bu sərinləşmə prosesini sürətləndirmək olar. Sürücü yaş dəsmalı fanının yaxınlığına qoyaraq bir kondisoner effekti yaradıb avtomobili sərinlətməyə müvəffəq olacaq. Ön süşələrin də soyudulması çox önəmlidir. Bunun üçün isə ön şüşüyə su tökmək lazımdır.

Əgər avtomobildə kondisioner varsa, o zaman sürücünün işi daha asan olur. Konidisioneri açarkən isə onu şüşəyə yönəltmək lazım deyil, bu halda şüşə çatlaya bilər.

Bütün bunları etməyə səbriniz yoxdursa, o zaman sadəcə şüşələri endirin və salonun sərinləşməyini gözləyin.

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020
E-poçt: info@avtoyol.az