Əsas səhifəXariciƏhməd Davudoğlunu müşayiət edən avtomobil konvoyu qəzaya düşüb
PAYLAŞ

Əhməd Davudoğlunu müşayiət edən avtomobil konvoyu qəzaya düşüb

Xarici 18 İyun 2021 19:05 2914

Türkiyənin sabiq baş naziri, hazırda “Gələcək Partiyası”na rəhbərlik edən Əhməd Davudoğlunu müşayiət edən konvoyun qəzaya düşməsi nəticəsində onun müavini Səma Silkin və bir nəfər yeniyetmə xəsarət alıb.


“Demirören Haber Ajansı” (DHA) xəbər yayıb ki, qəza Əhməd Davudoğlunun partiyasının Kırklareli şəhərində yerləşən partiya binasının açılışından qayıdarkən baş verib.

Qəza yerinə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları sədrin köməkçisini və yeniyetmə oğlanı dərhal xəstəxanaya çatdırıblar.

Son məlumata əsasən, hadisədən xəbər tutan Əhməd Davudoğlunun xəstəxanaya yollanaraq xəsarət alan şəxsləri ziyarət edəcəyi gözlənilir.


Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020