Əsas səhifəÖlkəHava şəraiti ilə əlaqədar Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciəti
PAYLAŞ

Hava şəraiti ilə əlaqədar Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciəti

Ölkə 16 noyabr 2021 10:00 1806

Hazırda müşahidə olunan küləkli və yağmurlu hava şəraiti hərəkət iştirakçılarından yollarda daha diqqətli və məsuliyyətli olmağı tələb edir. Hava küləkli olduğu üçün sürücülər nəqliyyat vasitələrini parklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamasınlar.

Yağışlı hava şəraitində yol örtüyünün yaş olması və eniş-yoxuşlarda suların axması səbəbindən avtomobillərin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməli və kifayət qədər ara məsafəsi saxlamalıdırlar.

Yağışın yağması nəticəsində yolların bəzi yerlərində gölməçələrin yaranmasına görə sürücülər həmin ərazilərdən keçərkən elə sürət həddi seçməlidirlər ki, yağış suları səkilərdə hərəkət edən və ya yolu keçməkdə olan piyadalara, habelə binalara və başqa nəqliyyat vasitələrinə sıçramasın.

Eyni zamanda, piyadalar hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər. Ancaq səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamalı və yolları onların rahat hərəkəti üçün ayrılmış zolaqlardan və piyada keçidlərindən keçməlidirlər.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020