Əsas səhifəÖlkəXızı rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib
PAYLAŞ

Xızı rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

Ölkə 12 may 2022 15:00 1583

Bu gün saat 09:00 radələrində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xızı rayonu ərazisindən keçən 69-cu kilometrliyində paytaxt istiqamətində hərəkətdə olan Xızı rayon sakini 1991-ci il təvəllüdlü Qasımov Orxan Heydər oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 10-BP-326 dövlət qeydiyyat nişanlı avtomobil ilə onunla əks istiqamətdə hərəkətdə olan Rusiya Federasiyasının vətəndaşı Maqomed Abdulmecidovun idarə etdiyi “DAF” markalı, T 706ME05 qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Nəticədə, “VAZ 2106” markalı avtomobilin sürücüsü O.Qasımov, eləcə də sərnişinləri Xızı rayon sakini 1991-ci il təvəllüdlü Xudabaxışov Pərviz Nurəddin oğlu və onun 2 aylıq qızı Xudabaxışlı Mədinə Pərviz qızı hadisə yerində ölmüş, avtomobildə olan digər sərnişinlər -  1964-cü il təvəllüdlü Vəsxanım Xudabaxışova və 1998-ci il təvəllüdlü Əfsanə Xudabaxışova isə xəsarət almışlar. Yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir.

Faktla bağlı araşdırma aparılır.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020