Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq “AYNA MaaS” tətbiqi istifadəyə verilib.
Üç dildə (Azərbaycan, ingilis və rus) təqdim edilən “AYNA MaaS” tətbiqi səmərəli səyahəti və istifadəçilərə nəqliyyat növlərindən istifadə ilə bağlı seçim imkanlığını təmin etmək və ictimai nəqliyyat xidmətlərini təkmilləşdirmək üçün nəzərdə tutulmuş mobillik proqramıdır. Bu rəqəmsal nəqliyyat platforması müxtəlif nəqliyyat növlərini (avtobus, metro, dəmiryolu, skuter, velosiped) vahid tətbiqdə birləşdirir. Platforma istifadəçiyə bir tətbiq vasitəsilə müxtəlif nəqliyyat növləri arasından ən uyğun marşrutu seçməyə, səfər planlamasını həyata keçirməyə, ödəniş üsulları, real vaxt rejimində qrafik və nəqliyyatın gəlmə vaxtı barədə məlumat əldə etməyə imkan verir.
Tətbiqə Bakı şəhərində fəaliyyət göstərən bütün mikromobillik operatorları da
inteqrasiya edilib. Platforma vasitəsi ilə mikromobillik vasitələrinin
dayanacaqlarını müəyyən etmək, həmçinin istifadəyə hazır skuterlər barədə məlumat
almaq, habelə skuter və velosipedlərin icarəsi üçün müraciət etmək olar.
Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün istifadəçi müvafiq bölməyə mobil nömrəsini
yazaraq istifadə şərtləri və qaydaları ilə tanış olur. Növbəti bölməyə isə həmin
nömrəyə SMS vasitəsilə göndərilən təsdiq kodu daxil edilir, daha sonra isə şifrə
təyin olunur.
“AYNA MaaS” vasitəsilə “Nəqliyyat” bölməsindən dayanacağı seçərək yaxınlaşan nəqliyyat
vasitələrini real zamanda görmək mümkündür.
“Yaxın dayanacaqlar” bölməsində isə ən yaxın dayanacaqların siyahısını görə və həmçinin xəritə üzərində dayanacaqları seçə bilərsiniz.
“Marşrut tap” bölməsindən avtobus, qatar, metro və şəhərlərarası marşrutları
axtarıb müvafiq məlumatları əldə etmək mümkündür.
Marşrutları “Seçilmişlərə” əlavə edib daha rahat səyahət planlaşdıra və “Səfərlərim”
bölməsindən keçmiş səfərlərinizi tapa bilərsiniz.
“AYNA MaaS”-da nəqliyyat qrafiki və mövcud vasitələr barədə məlumatlar daim
yenilənir. Tətbiq nəqliyyat növləri arasında problemsiz keçidi təmin edir, gözləmə
vaxtını minimuma endirir.
Qeyd edək ki, istifadəyə verilən “AYNA MaaS” ilkin versiyadadır və istifadəçilərin istəkləri əsasında daim təkmilləşdiriləcək. İstifadəçilər təklif və iradlarını birbaşa tətbiqdən göndərə bilərlər.
Mobil tətbiqi həm App Store, həm də Google Play Store-dan yükləmək mümkündür.
Tətbiqi mobil cihazınıza yükləmək üçün keçid edin:
Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər