Əsas səhifəSərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta haqlarının məbləğinin hesablanması QAYDASI
PAYLAŞ

Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta haqlarının məbləğinin hesablanması QAYDASI

Bu Qayda «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının 2011 - ci il 24 iyun tarixli 165 - IVQ nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011- ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanının 3.1.11 - ci yarımbəndinin icrası məqsədiləhazırlanmışdır və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta haqlarının məbləğinin hesablanması iləbağlı məsələləri tənzimləyir.

1. Sığorta haqqının hesablanması

1.1. Nəqliyyat vasitəsində olan bir sərnişin yeri üzrəillik sığorta haqqı məbləğləri nəqliyyat vasitəsinin növündən asılı olaraq aşağıdakıqaydada müəyyən edilir:
1.1.1. hava nəqliyyatı vasitələri üçün 14,0 manat;
1.1.2. su nəqliyyatı vasitələri üçün 5,0 manat;
1.1.3. dəmiryolu nəqliyyatı vasitələri üçü n 3,0 manat;
1.1.4. avtomobil nəqliyyatı vasitələri üçün 6,0 manat;

1.2. Nəqliyyat vasitəsi üçün ümumi sığorta haqqı aşağıdakı düsturla hesablanır:
Ümumi sığorta haqqı = NVSYS × BSYSH
burada:
NVSYS nəqliyyat vasitəsindəki sərnişin yerlərinin sayı;
BSYSH bu Qaydanın 1.1 - ci bəndindənəzərdə tutulmuş müvafiq sığorta haqqıməbləği.

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020