Əsas səhifəÖlkəBaş Dövlət Yol Polisi İdarəsinin beynəlxalq yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, eləcə də şəxsi nəqliyyat vasitələrində ölkə xaricinə səfər edən vətəndaşlara müraciəti
PAYLAŞ

Baş Dövlət Yol Polisi İdarəsinin beynəlxalq yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, eləcə də şəxsi nəqliyyat vasitələrində ölkə xaricinə səfər edən vətəndaşlara müraciəti

Ölkə 03 iyul 2019 72945


Baş Dövlət Yol Polisi İdarəsi beynəlxalq yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri, eləcə də şəxsi nəqliyyat vasitələrində xarici ölkələrə səfər etməyə hazırlaşan Azərbaycan Respublikasının vətəndaşlarını məlumatlandırmaq məqsədilə bildirir ki, Gürcüstan və Bolqarıstan respublikalarının yol hərəkəti haqqında qanunvericilik aktlarına bəzi əlavə və dəyişikliklər edilmişdir.

Əsasən, yol hərəkəti qayda pozuntuları ilə bağlı tətbiq edilən inzibati tənbeh tədbirlərinə, hərəkətin məhdudlaşdırılması hallarına və müəyyən kateqoriyalı nəqliyyat vasitələrinin icazə verilən maksimum çəki və ölçü parametrlərinə dair qaydalara edilmiş həmin əlavə və dəyişikliklərlə maraqlanan şəxslər Gürcüstan hökümətinin 01.07.2019-cu il tarixli, 393 saylı qərarı, habelə Bolqarıstan Respublikasının müvafiq agentliyinə məxsus (htt://www.api.bg/index.php/en) veb sayt vasitəsi ilə daha ətraflı məlumat ala bilərlər.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020