Əsas səhifəNəqliyyatBakıda AZAL-ın dəstəyi ilə “E-Commerce & Travel – 2019” adlı geniş konfrans keçirilmişdir
PAYLAŞ

Bakıda AZAL-ın dəstəyi ilə “E-Commerce & Travel – 2019” adlı geniş konfrans keçirilmişdir

Nəqliyyat 19 Sentyabr 2019 17:00 56183

19 sentyabr 2019-cu il, Bakı – 19 sentyabr tarixində “Sheraton Baku Airport” otelində turizm sektorunda e-ticarət mövzusuna həsr edilmiş geniş "e-Commerce & Travel - 2019" konfransı keçirilmişdir.

Tədbir “Azərbaycan Hava Yollları”nın baş tərəfdaşlığı, “Smart Solutions”, “Amadeus” və “Silk Way Travel” şirkətlərinin təşkilati dəstəyi sayəsində həyata keçirilmişdir. Konfransda müxtəlif ölkələrdən ümumilikdə 250 nəfər iştirak etmişdir.

Tədbirdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyev giriş nitqi ilə çıxış edərək son illərdə Azərbaycanda mülki aviasiya və turizm sahələrində əldə olunan nailiyyətləri vurğulamışdır.

“Azərbaycanın ərazisinin kiçik olmasına baxmayaraq, paytaxt və regionlarımızda beynəlxalq standartların bütün tələblərinə cavab verən altı beynəlxalq aeroportun fəaliyyət göstərməsi və milli aviadaşıyıcılarımızın marşrut şəbəkəsinin daima genişlənməsi ölkəmizə turistlərin axını üçün geniş imkanlar yaradır”, - Eldar Hacıyev qeyd etmişdir.

Konfransda həmçinin AZAL sərnişin aviaşirkətinin direktoru Cəmil Mənizadə, Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways”in direktoru Nazim Səmədov və Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov təqdimatlarla çıxış etmişdirlər.

Tədbirdə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA), Azərbaycan Turizm Bürosunun, Azərbaycan Dəmir Yollarının, Azərbaycanın ən böyük turizm şirkətlərinin və turizm və aviasiya sektorlarında elektron xidmətlərin aparıcı təchizatçı şirkətlərinin nümayəndələri iştirak etmiş, bu sahədəki ən son yeniliklər və imkanlar barəsində məlumat vermişdirlər.

"e-Commerce & Travel" forumu çərçivəsində spikerlər həmçinin panel müzakirələr formatında da diskussiyalar aparmışdırlar.

Konfransın nəticəsi kimi, iştirakçılar qarşılıqlı razılıqlar əldə etmiş, həmçinin turizm sənayesinin müxtəlif sahələrində gələcək əməkdaşlıq planlarını müzakirə etmişdirlər.

Tədbirin nəticələrinin əks olunduğu videoçarx ilə tanış ola bilərsiniz: 


 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti


MƏNBƏ: azal.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020