+994507882020
info@avtoyol.az
Əsas səhifəİcbari sığortalar haqqında
PAYLAŞ

İcbari sığortalar haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU[1]
 
Bu Qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir.[2]
 
I. ÜMUMİ BÖLMƏ
 
1-ci fəsil
 
GİRİŞ MÜDDƏALARI[3]
 
Maddə 1. Ümumi müddəalar
 
1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli olan əsas prinsipləri və müddəaları müəyyən edir.[4]
1.2. Bu Qanunun Xüsusi bölməsinin müddəaları yalnız həmin bölmənin müvafiq fəsilləri ilə müəyyən olunan icbari sığorta növünə şamil edilir.[5]
1.3. Bu Qanunda başqa cür nəzərdə tutulmadığı halda, istifadə olunan anlayışların izahı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
1.4. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla başqa cür müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
 
Maddə 2. İcbari sığortalar haqqında qanunvericilik
 
2.1. Azərbaycan Respublikasının icbari sığortalar haqqında qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrdən və digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Ələt azad iqtisadi zonasında icbari sığortalar sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. [6]
 
Maddə 3. İcbari sığortanın prinsipləri
 
3.1. Bu Qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsipləri aşağıdakılardır:
3.1.1. İcbari sığortaların müvafiq sığorta növü üzrə sığorta marağı olan hər kəsə şamil edilməsi və məcburiliyi;
3.1.2. sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı;
3.1.3. sığorta hadisələrinə səbəb olan halların qarşısının alınmasının stimullaşdırılması;
3.1.4. sığorta hadisələrinin nəticələrinin aradan qaldırılması, habelə sığorta ödənişlərinin məhz bu məqsədlər üçün istifadəsinin təminatı;
3.1.5. çoxqat maliyyə təminatı mexanizmi vasitəsilə sığorta əməliyyatlarında maliyyə sabitliyinin təmin edilməsi;
3.1.6. bu Qanunda nəzərdə tutulan icbari sığorta növləri üzrə əməliyyatların aparılmasına dair vahid metodoloji yanaşmanın təmin edilməsi.
 
Maddə 4. İcbari sığortanın məqsədi, aparılması və tətbiq olunduğu ərazi
 
4.1. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir.
4.2. Sığorta hadisələri nəticəsində şəxslərin gəlir itkisi icbari sığorta təminatına daxil edilmir.
4.3. Bu Qanunun məqsədləri üçün qəza vəziyyətində və ya istismara yararsız vəziyyətdə olan hər hansı əmlakla (bina, tikili, avtonəqliyyat vasitəsi, cihaz, qurğu, avadanlıq və s.) bağlı əmlak mənafelərinin sığortalanması qadağandır.
4.4. Bu Qanunda nəzərdə tutulmuş hər hansı icbari sığorta növünün aparılması maliyyə bazarlarına nəzarət orqanının sığortaçıya verdiyi müvafiq icazə əsasında həyata keçirilir.
4.5. İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün əlavə tələblər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
4.6. Bu Qanunun Xüsusi bölməsində digər hal nəzərdə tutulmamışdırsa, icbari sığorta müqavilələri üzrə sığorta təminatı Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
 
Maddə 4-1. Hesablaşmalar
 
Bu qanunla müəyyən edilmiş hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir.[7]
 
Maddə 5. Sığortaçı və sığortalı
 
5.1. Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş müəyyən icbari sığorta növünü aparmağa müvafiq icazə almış hüquqi şəxs sığortaçı hesab edilir.
5.2. Bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir.[8]
5.3. Sığortalılar sığorta müqaviləsi bağlamaq üçün müvafiq icbari sığorta növünün aparılmasına icazəsi olan hər hansı sığortaçını seçməkdə sərbəstdirlər.
 
Maddə 6. Sığorta olunan, faydalanan şəxs və zərərçəkən
 
6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir.
6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir.
6.3. Bu Qanunun Xüsusi bölməsinin müvafiq müddəaları ilə hər bir icbari sığorta növü üzrə sığortalıların və ya sığorta olunanların konkret kateqoriyası müəyyən olunur.
6.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir.[9]
6.5. Bu Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş, sığorta olunanın və ya üçüncü şəxsin faydalanan şəxs qismində çıxış edən ailə üzvləri sığorta ödənişinin alınmasında bərabər pay hüququna malikdirlər.
6.6. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir.
6.7. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən hesab edilir.
6.8. Şəxsi sığorta üzrə sığorta hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən hesab edilir.[10]
6.9. Bu Qanunun məqsədləri üçün “ailə üzvləri” dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür.[11]
 
Maddə 7. Üçüncü şəxslər
 
Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar.
 
Maddə 8. İcbari sığorta müqaviləsi
 
8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir.
8.1-1. İcbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır.[12]
8.2. Bu Qanunun Xüsusi bölməsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır.
8.3. Müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir.
8.4. Bu Qanunun Xüsusi bölməsində qeyd olunmuş hər hansı icbari sığorta növü üzrə sığorta təminatının könüllü sığorta müqaviləsində tam və ya qismən nəzərdə tutulması sığortalını müvafiq icbari sığorta müqaviləsini bağlamaq vəzifəsindən azad etmir.
8.5. Bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta müqaviləsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919–921-ci maddələrində nəzərdə tutulmuş müvafiq hallarda və qaydada xitam verilir. İcbari sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığortalı müvafiq sığorta növü üzrə yeni icbari sığorta müqaviləsi bağlamalıdır.[13]
8.6. Bu Qanunda başqa cür nəzərdə tutulmadığı hallarda icbari sığorta müqaviləsində azadolma məbləği müəyyən edilmir.
 
Maddə 9. İcbari sığorta şəhadətnaməsi
 
9.1. İcbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir.
9.2. İcbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır.
9.3. İcbari sığorta şəhadətnaməsinin forması, onun çap olunma və doldurulma qaydaları sığorta şəhadətnaməsinin məzmunu ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş tələblər nəzərə alınmaqla hər bir icbari sığorta növü üzrə ayrı-ayrılıqda maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
9.4. Sığorta şəhadətnaməsi sığorta haqqının ödənildiyi gün, qrup halında sığorta zamanı isə sığorta haqqının ödənilməsindən 3 iş günü müddətində verilir.
9.5. Sığorta müqaviləsinə uyğun olaraq sığorta hadisəsi üzrə sığorta ödənişi verildikdə, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulmadığı hallarda müvafiq icbari sığorta şəhadətnaməsi sığortaçı tərəfindən geri alınır və sığortalının sığorta məbləğini qanunvericiliklə müəyyənləşdirilmiş miqdarda bərpa etmək üçün tələb olunan məbləğə mütənasib olaraq əlavə sığorta haqqı ödəməsi şərtilə ona sığorta şəhadətnaməsinin son qüvvədə olma tarixinədək müddətə qüvvədə olan şəhadətnaməyə əlavə verilir.[14]
9.6. İcbari sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilərkən, müvafiq icbari sığorta şəhadətnaməsi sığortaçıya qaytarılmalıdır.[15]
 
Maddə 10. İcbari sığorta məbləği
 
10.1. Sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir.
10.2. İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz.
10.3. Hər bir icbari sığorta növü üzrə sığorta məbləğləri bu Qanunun Xüsusi bölməsinin fəsilləri ilə müəyyən olunur.
10.4. Bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulmadığı halda icbari sığorta müqaviləsi üzrə sığorta məbləği müvafiq sığorta ödənişləri həcmində azalmış hesab edilir və həmin ödənişlərin verildiyi tarixdən bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq, bərpa edilməlidir.
 
Maddə 11. İcbari sığorta haqqı
 
11.1. İcbari sığorta haqqı sığortaçıya yalnız nağdsız hеsablaşma yolu ilə bu Qanunun Xüsusi hissəsində başqa cür nəzərdə tutulmuş hallar istisna olmaqla, birdəfəlik ödənilir.[16]
11.2. Bu Qanunun 56.2-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, sığortalıya sığorta ödənişi verilərkən, sığortalı sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermək niyyətində olmadıqda, sığorta məbləğinin bərpa edilməsi üçün ödənilməli olan əlavə sığorta haqqı sığorta ödənişi məbləğindən çıxılır.[17]
11.3. Sığorta vasitəçiləri bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulan icbari sığorta növləri üzrə sığortalılardan nağd şəkildə qəbul etdikləri sığorta haqlarını müvafiq sığortaçının hesabına bu Qanunun 34–1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi ilə inteqrasiya olunmuş ödəniş sistemi vasitəsilə köçürürlər. Bu ödəniş sistemi İcbari Sığorta Bürosuna bütün ödəmələr, müvafiq sığortaçıya isə onun hesabına köçürülmüş ödəmələr barədə maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi formada elektron hesabat əldə etmək imkanı verməlidir.[18]
11.4. Qanunla və ya qanundan irəli gələn digər normativ hüquqi aktla müəyyən olunmuş icbari sığorta haqqına hər hansı formada əlavə və ya endirim (güzəşt) tətbiq etmək, həmçinin sığorta müqaviləsinin bağlanması müqabilində sığortalılara hədiyyələr vermək və ya bu cür sövdələşmələr təklif etmək qadağandır.[19]
 
Maddə 12. Sığorta haqlarının bölüşdürülməsi
 
12.1. İcbari sığortalar üzrə hesablanmış sığorta haqlarından bu Qanunun 12.2-ci maddəsində göstərilmiş məcburi ayırmalar nəzərə alınmaqla, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 81.8-ci maddəsində nəzərdə tutulmuş qaydada sığorta ehtiyatları formalaşdırılır.[20]
12.2. İcbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarından “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 96-cı maddəsində nəzərdə tutulandan əlavə, bu Qanunun 26-cı maddəsində nəzərdə tutulmuş sığortaçının qarşısıalınma tədbirləri fonduna 1 faiz həcmində, habelə bu Qanunun 28.3-cü, 30.1-ci, 30.3-cü və 31.1-ci maddələrində müəyyən edildiyi hallarda digər məcburi ayırmalar da həyata keçirilir.[21]
12.3. Bu Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş məcburi ayırmalar, qanunda başqa cür nəzərdə tutulmamışdırsa, maliyyə ilinin hər rübü üzrə həmin rüb başa çatdıqdan sonra 20 gün ərzində müvafiq hesablara köçürülməlidir.
12.4. Sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər.
 
Maddə 13. Sığorta hadisəsi
 
13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.
13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.
13.3. Bu Qanunun məqsədləri üçün fərdi qəzadan icbari sığortada müvafiq sığorta müqaviləsində müəyyən edilmiş hallarda baş verən fərdi qəza nəticəsində sığorta olunanın sağlamlığına zərər dəyməsi sığorta hadisəsi sayılır.
13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur.
13.5. Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat sığortaçıya şifahi qaydada verildikdə, şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü müddətində sığortaçı yazılı sığorta tələbinin formasını sığorta olunana və (və ya) faydalanan şəxsə təqdim etməlidir.[22]
 
Maddə 14. Sağlamlığa dəyən zərər
 
14.1. Fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün aşağıdakı hallar hesab edilir:
14.1.1. şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması;[23]
14.1.2. şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsi (əlillik);
14.1.3. şəxsin ölümü.
14.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir:
14.2.1. zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi — 100 faiz;
14.2.2. zərərçəkənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsi — 100 faiz;
14.2.3. zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ona əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması:
14.2.3.1. I qrup əlilliyə və ya 18 yaş tamam olana qədər sağlamlıq imkanlarının məhdudluğuna görə – 80 faiz;
14.2.3.2. II qrup əlilliyə və ya beş il müddətinə sağlamlıq imkanlarının məhdudluğuna görə – 60 faiz;
14.2.3.3. III qrup əlilliyə, iki il müddətinə və ya altı aydan iki ilə qədər müddətə sağlamlıq imkanlarının məhdudluğuna görə – 40 faiz;[24]
14.2.4. əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz;[25]
14.2.5. yüngül xəsarət alması – 15 faiz.[26]
14.3. Bu Qanunun və ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunların məqsədləri üçün ağır, az ağır və yüngül xəsarət növlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[27]
 
Maddə 15. Əmlaka dəyən zərər
 
15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.
15.2. Zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir.
15.3. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir:
15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri;
15.3.2. zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər;
15.3.3. zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər;
15.3.4. sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər.
 
Maddə 16. Zərərin müəyyənləşdirilməsi
 
16.1. Sığorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi sığortaçı tərəfindən təmin edilməlidir.[28]
16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır.[29]
16.3. Sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir.[30]
16.4. Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə qanunvericiliyin tələblərinə uyğun olaraq məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir.[31]
 
Maddə 17. Sığorta ödənişinin vеrilməsi üçün tələb olunan sənədlər
 
17.1. İcbari sığorta ödənişi aşağıdakı sənədlər əsasında həyata keçirilir:
17.1.1. aşağıdakı məlumatları əks etdirən sığorta tələbi:
17.1.1.1. icbari sığorta şəhadətnaməsinin tarixi və nömrəsi;
17.1.1.2. icbari sığortanın növü;
17.1.1.3. sığortalının adı;
17.1.1.4. sığorta olunanın adı;
17.1.1.5. sığorta hadisəsi hesab edilə bilən halın baş vermə yeri, tarixi və vaxtı;
17.1.1.6. sığorta hadisəsi hesab edilə bilən halın təfsilatı və səbəbi;
17.1.1.7. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində dəyən zərərin təsviri və əgər mümkündürsə, ehtimal olunan zərərin məbləği.
17.1.2. sığorta şəhadətnaməsinin surəti;[32]
17.1.3. sığorta şəhadətnaməsində göstərilən əmlakla bağlı mülkiyyət hüququnu, yaxud ondan istifadə və ya ona sərəncam hüququnu təsdiqləyən sənədin notariat qaydasında təsdiqlənmiş surəti;[33]
17.1.4. bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış;[34]
17.1.5. müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı zərərin məbləğini təsdiqləyən sənəd;
17.1.6. müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində üçüncü şəxsin və ya sığorta olunanın sağlamlığına dəyən zərər üzrə xəsarətin dərəcəsi haqqında həkim arayışı, əlillik halında isə əlilliyin qrupunu, səbəbini və təyin edilməsi tarixini əks etdirən tibbi-sosial ekspert komissiyasının arayışının surəti;
17.1.7. müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində üçüncü şəxs və ya sığorta olunan öldükdə ölümün səbəbi haqqında tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) notariat qaydasında təsdiq edilmiş surətləri;[35]
17.1.8. müvafiq hallarda üçüncü şəxs və ya sığorta olunan sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində sağlamlığına zərər dəyməsi üzündən 3 il ərzində öldükdə, onun ölümünün hadisə ilə səbəb əlaqəsində olmasını təsdiq edən tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) notariat qaydasında təsdiq edilmiş surətləri;
17.1.9. mülki məsuliyyətin icbari sığortası üzrə sığortalı və ya sığorta olunan tərəfindən əmlaka vurulan zərərin əvəzi ödənilmiş olduqda və ya sağlamlığa vurulan zərərlə əlaqədar hər hansı ödəmə həyata keçirildikdə belə ödəməni təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti;
17.1.10. faydalanan şəxs fiziki şəxs olduqda onun şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxs olduqda isə onun nümayəndəsinə verilmiş müvafiq etibarnamə və həmin nümayəndənin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti;
17.1.11. bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş digər sənədlər.
17.2. Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə bu Qanunda nəzərdə tutulmuş qaydada məlumat almış sığortaçı sığorta tələbinin bu Qanunun 17.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilməsi üçün müraciət edən şəxsi sığorta tələbi üzrə sorğu vərəqi ilə təmin etməli və lazım olduqda həmin vərəqin doldurulması üçün ona köməklik etməlidir.
17.3. Sığorta tələbi barədə müraciət sığortaçı tərəfindən qeydiyyata alınır.
17.4. Sığortaçı bu Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş arayışı almaq üçün səlahiyyətli orqana dərhal sorğu verməlidir. Səlahiyyətli orqan bu sorğuya əsasən sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər.[36]
17.5. Sığorta ödənişinin verilməsi üçün sığortaçı tərəfindən sığortalıdan, sığorta olunandan və (və ya) faydalanan şəxsdən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb edilə bilməz.
 
Maddə 18. Sığorta ödənişinin verilməsi və ya ödənişdən imtina edilməsi müddəti
 
18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.
18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.[37]
 
Maddə 19. Sağlamlığa dəyən zərər üzrə sığorta ödənişinin verilməsi qaydası
 
19.1. Sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir.
19.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.
19.3. Mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs onun sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan və yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər.
19.4. Mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir.
19.5. Mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalının və ya sığorta olunanın zərərçəkənə ödəmiş olduğu məbləğ bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişi məbləğindən az olduqda, sığorta ödənişinin müvafiq fərqə bərabər olan hissəsi zərərçəkənə verilir.
19.6. Sığorta olunan və ya üçüncü şəxs sağlamlığına dəymiş zərərə görə bu Qanunla nəzərdə tutulmuş sığorta ödənişini sağlığında tam və ya qismən almamışdırsa, ona verilməli olan sığorta ödənişinin məbləği və ya bu məbləğin qalan hissəsi faydalanan şəxs qismində onun ailə üzvlərinə ödənilir.
19.7. Sığorta olunan və ya üçüncü şəxs sığorta hadisəsi nəticəsində sağlamlığına dəymiş zərərdən bu hadisənin baş verdiyi tarixdən 3 il müddətində ölərsə, onun almış olduğu müvafiq sığorta ödənişinin məbləği ilə sığorta məbləği arasındakı fərq ailə üzvlərinə ödənilir.
19.8. Sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin sağlamlığına vurduğu zərərlər üzrə ayrı-ayrılıqda hesablanan sığorta məbləğinin ümumi həcmi müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir.
19.9. Üçüncü şəxsin ölümü halında sığortalının və ya sığorta olunanın qanunvericiliyə uyğun olaraq ödədiyi dəfn xərcləri sığorta ödənişi məbləğinə daxil edilmir.[38]
 
Maddə 20. Əmlaka dəyən zərər üzrə sığorta ödənişinin verilməsi qaydası
 
20.1. Əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz.
20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.
20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir.
20.4. Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir.
20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.
20.6. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz.
20.7. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərlə əlaqədar sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir.
 
Maddə 21. Sığorta ödənişindən imtinanın əsasları
 
21.1. Bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə aşağıdakı hallarda da sığorta ödənişi verilmir:
21.1.1. hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda;
21.1.2. sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda;
21.1.3. sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda;
21.1.4. sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda;
21.1.5. bu Qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş hallarda.[39]
21.2. Bu Qanunun Xüsusi hissəsində icbari sığorta növləri üzrə sığorta ödənişinin verilməsindən imtinanın digər əsasları da nəzərdə tutula bilər.[40]
 
Maddə 22. Sığortalının hüquqları və vəzifələri
 
22.1. Sığortalının aşağıdakı hüquqları vardır:
22.1.1. sığortaçıdan sığortanın aparılması qaydaları və şərtləri, həmçinin sığortalının hüquq və vəzifələri barədə məlumat almaq;
22.1.2. sığorta şəhadətnaməsi itirildikdə, onun dublikatını almaq;
22.1.3. əmlaka və ya sağlamlığa dəymiş zərərin məbləğini müəyyənləşdirmək məqsədi ilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş hər hansı müstəqil ekspertin xidmətlərindən istifadə etmək;[41]
22.1.4. sığortaçı və ya müstəqil ekspert tərəfindən dəymiş zərərin miqdarının və sığorta ödənişinin məbləğinin müəyyən edilməsinin nəticələri ilə tanış olmaq;
22.1.5. bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada, o cümlədən məbləğdə və müddətdə sığorta ödənişini almaq;
22.1.6. bu Qanunun 57.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada nəzərdə tutulmuş hallarda sığorta haqqı ilə bağlı güzəştlərdən istifadə etmək;[42]
22.1.7. sığortaçının sığorta ödənişindən imtina barədə qərarından və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək;[43]
22.1.8. bu Qanunda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş digər hüquqlar.[44]
22.2. Sığortalının vəzifələri aşağıdakılardır:
22.2.1. müvafiq icbari sığorta növünü aparmağa icazəsi olan, sərbəst olaraq seçdiyi sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq və sığorta haqlarını bu Qanunla və müqavilə ilə müəyyən olunmuş qaydada ödəmək;
22.2.2. sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə, o cümlədən müvafiq icbari sığorta növü üzrə əvvəlki sığorta müqavilələri, bu müqavilələr üzrə baş vermiş sığorta hadisələri və həyata keçirilmiş sığorta ödənişləri barədə məlumatları və müvafiq sənədləri sığortaçıya təqdim etmək;
22.2.3. sığorta predmetinə dair qüvvədə olan və ya sonradan bağlanan digər sığorta müqavilələri barədə sığortaçıya məlumat vеrmək;
22.2.4. bu Qanunla üzərinə məlumatlandırma vəzifəsi qoyulmuş digər şəxslər tərəfindən müvafiq məlumat verilməmiş olduqda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi və zərərçəkənlərin olması barədə, bu Qanunla müəyyən edilmiş qaydada və müddətdə aidiyyəti üzrə müvafiq dövlət orqanlarına, həmçinin sığortaçıya məlumat vermək;
22.2.5. sığorta hadisəsi hesab edilə bilən hal baş verdikdə, zərərçəkən(lər)ə müvafiq icbari sığorta müqaviləsinin mövcudluğu barədə məlumat vermək;
22.2.6. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi zamanı və ondan dərhal sonra zərərin qarşısının alınması və (və ya) onun azaldılması, həmçinin əmlakın xilas еdilməsi istiqamətində, eyni zamanda zərər çəkmiş və ya zərər çəkmə еhtimalı olan şəxslərin həyatını və ya sağlamlığını xilas etmək üçün ağlabatan və mümkün olan bütün tədbirləri həyata keçirmək;
22.2.7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi yerdə və ya zərər dəymiş əmlakda sığortaçı və ya onun nümayəndəsi və (və ya) digər səlahiyyətli şəxslər onlara baxış keçirənədək heç bir dəyişiklik etməmək;[45]
22.2.8. zərər dəymiş və (və ya) zərər dəyməsinə səbəb olmuş əmlaka baxış keçirilməsi, baş vermiş hadisənin səbəblərinin, nəticələrinin, zərərin dərəcəsi və ya miqdarının araşdırılması üçün imkanları daxilində sığortaçıya şərait yaratmaq, habelə sığorta ödənişi verildikdə və müvafiq hallarda subroqasiya hüququnun həyata keçirilməsi üçün onda olan bütün lazımi sənədləri sığortaçıya təqdim etmək;
22.2.9. baş vermiş, sığorta hadisəsi hesab edilə bilən halla əlaqədar özünə qarşı irəli sürülmüş bütün tələblər və iddialar barədə sığortaçıya məlumat vermək;
22.2.10. dəymiş zərərə görə təqsirli olan digər şəxslər tərəfindən verilmiş ödəmələr barədə sığortaçını xəbərdar etmək;
22.2.11. bu Qanunun Xüsusi bölməsinin tələblərinə uyğun olaraq, müvafiq hallarda sığorta ödənişini alarkən, əlavə sığorta haqqı ödəməklə sığorta məbləğini bərpa etmək;
22.2.12. bu Qanunda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.[46]
22.3. Əgər icbari sığorta müqaviləsi üzrə sığortalı ilə sığorta olunan eyni şəxs deyilsə, sığortalının bu Qanunun 22.1.1-ci maddəsində nəzərdə tutulandan başqa digər hüquqları və 22.2.1, 22.2.2, 22.2.3, 22.2.11-ci maddələrində nəzərdə tutulanlardan başqa digər vəzifələri sığorta olunanın hüquq və vəzifələrinə də aiddir.
 
Maddə 23. Sığortaçının hüquq və vəzifələri
 
23.1. Sığortaçının aşağıdakı hüquqları vardır:
23.1.1. sığorta müqaviləsi bağlayarkən, sığorta riskini qiymətləndirərkən lazım olan müvafiq məlumatları və sənədləri sığortalıdan və ya sığorta olunandan tələb etmək, habelə icbari sığorta müqaviləsinin aid olduğu əmlaka baxış keçirmək;
23.1.2. icbari sığorta haqlarını sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada almaq;[47]
23.1.3. sığorta müqaviləsinin aid olduğu sahələrə (binalara, tikililərə və s.) daxil olmaq, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat aldıqdan sonra hadisənin baş vermə səbəblərini araşdırmaq, o cümlədən hadisəyə səbəb olmuş əmlaka baxış keçirmək, yaxud şəxsdən izahat almaq və ya bu məqsədlə ekspertlər dəvət etmək;
23.1.4. sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən etmək, bu məqsədlə ekspertlər dəvət etmək, bunun üçün sığortalıdan və (və ya) sığorta olunandan lazımi məlumatlar almaq;[48]
23.1.5. sığorta ödənişi verilərkən, müvafiq hallarda icbari sığorta şəhadətnaməsinin geri alınması üçün həmin şəhadətnaməni sığortalıdan və ya sığorta olunandan tələb etmək;[49]
23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək;[50]
23.1.7. sığorta ödənişi verməsi ilə bağlı maraqlarından irəli gələn hallarda sığortalını və ya sığorta olunanı məhkəmədə təmsil etmək;[51]
23.1.8. bu Qanunda, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqlar.[52]
23.2. Sığortaçının vəzifələri aşağıdakılardır:
23.2.1. sığortalını və sığorta olunanı müvafiq icbari sığortanın şərtləri, onun icbarı sığorta müqaviləsindən irəli gələn hüquq və vəzifələri ilə tanış etmək və bu zaman sığortalıya sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyi, sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks etdirən, hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş yaddaş vərəqəsini vermək;[53]
23.2.2. sığorta riskini özü və ya nümayəndəsi, o cümlədən Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər və ya müstəqil ekspertlər vasitəsilə qiymətləndirmək;[54]
23.2.3. sığortalılardan sığorta haqqını aldıqdan sonra sığorta şəhadətnaməsini bu Qanunla müəyyən edilmiş müddətdə vermək;
23.2.4. bu Qanunla nəzərdə tutulmuş hallarda sığorta müqaviləsinə dəyişikliklər etmək;
23.2.5. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat aldıqda, onu dərhal qeydiyyata almaq;
23.2.6. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat aldıqdan ən geci 3 iş günü ərzində bu hadisənin baş verməsi faktını təsdiq edən sənədləri almaq üçün müvafiq səlahiyyətli orqanlara, idarə və ya təşkilatlara sorğu vermək;
23.2.7. müvafiq səlahiyyətli orqan, idarə, müəssisə və ya təşkilatlardan dəymiş zərərin dərəcəsi və ya miqdarı barədə arayışları və digər sənədləri almaq üçün yazılı müraciət etmək;
23.2.8. bu Qanunda, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.[55]
23.3. Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.[56]
 
Maddə 24. Zərərçəkənin hüquqları
 
24.1. Zərərçəkənin aşağıdakı hüquqları vardır:
24.1.1. nəticəsində ona zərər dəymiş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi haqqında sığortaçıya məlumat vermək;
24.1.2. sığortalının və ya sığorta olunanın əvəzinə sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədləri yığmaq və onları sığortalı ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıya təqdim etmək;
24.1.3. sığortaçı tərəfindən aparılan, sığorta hadisəsi hesab edilə bilən halın araşdırılmasının və sığorta ödənişi məbləğinin müəyyənləşdirilməsinin gedişatı və nəticələri ilə tanış olmaq;
2

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020
E-poçt: info@avtoyol.az