Əsas səhifəÖlkəAzərbaycanın “Yol Polisinin Gənc Köməkçisi” dəstəsi Belarusiyada növbəti qələbəsini qazandı
PAYLAŞ

Azərbaycanın “Yol Polisinin Gənc Köməkçisi” dəstəsi Belarusiyada növbəti qələbəsini qazandı

Ölkə 04 iyun 2019 2701

28 may - 1 iyun 2019-cu il tarixlərində Belarusiya Respublikasının Bobruysk şəhərində “Gənc Yol Hərəkəti İnspektorları”nın 47-ci toplantısı keçirilib.

Tədbirdə ölkəmizi “Yol Polisinin Gənc Köməkçisi” dəstəsinin üzvləri, 245 saylı tam orta məktəbin şagirdləri - Səma Balıyeva, Milana Əliyeva, Nigar Məlikova, Ayan Həmidova, Nurlan Məlikzadə, Zeynal Nəzirli, Anar Həsənli və Fərhad Ağazadə təmsil ediblər. Tədbirdə dəstəni 245 saylı tam orta məktəbin müəllimi Məlahət Ağayeva və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı İsa Deystani müşayət edib.

Belarus Respublikasının regionlarından, eləcə də MDB ölkələrindən tədbirə qatılan “Gənc Yol Hərəkəti İnspektorları” müxtəlif intellektual, bədii və idman müsabiqələri keçirmiş, rəqs və teatral bacarıqlarını nümayiş etdirmiş, izləyicilərə yol hərəkəti təhlükəsizliyinə həsr olunmuş tamaşalar göstərmişlər. Növbəti mərhələdə yol hərəkəti qaydalarına aid bilik müsabiqəsinə və viktorinalara qatılan tədbir iştirakçıları sonda yol hərəkəti təhlükəsizliyinə dair məlumatların mənimsənilməsinə həsr olunmuş oyunlarda iştirak etmişlər.

Azərbaycan Respublikasını təmsil edən “Gənc Yol Hərəkəti İnspektorları” dəstəsi toplantının bütün mərhələlərində yüksək aktivlik, bilik və bacarıq nümayiş etdirərək münsiflər heyətinin səs çoxluğu ilə müsabiqənin qalibi diplomuna layiq görülmüş, medal və kubokla mükafatlandırılmışlar.

Eyni zamanda, toplantının bağlanış mərasimində müsabiqə və viktorinalarda fəal iştirak edərək qalib gəlmiş bir neçə həmvətənlimizə fərdi diplom və hədiyyələr təqdim edilmiş, habelə bütün dəstə üzvlərinə dövlətlərarası toplantıda iştirak etmələrini təsdiq edən şəhadətnamələr təqdim olunmuşdur.

Tədbirdə çıxış edən iştirakçı yeniyetmələr həmyaşıdları ilə ünsiyyət qurmalarını, bilik və təcrübələrini digər dövlətlərdən olan üşaqlarla bölüşmələrini toplantının əsas dəyəri kimi qiymətləndirmiş, təmsil etdikləri ölkəyə və məktəbə qayıtdıqdan sonra əldə etdikləri bilikləri digər şagirdlərlə paylaşacaqlarını böyük coşqu hissi ilə vurğulamışlar.
Qeyd edək ki, bu Azərbaycanın “Yol Polisinin Gənc Köməkçisi” dəstəsinin beynəlxalq toplantılarda qazandığı sayca 3-cü qələbəsidir.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020