Əsas səhifəNəqliyyatKönüllülərə layihələrin yazılması və idarəedilməsi təlimi keçirilib
PAYLAŞ

Könüllülərə layihələrin yazılması və idarəedilməsi təlimi keçirilib

Nəqliyyat 22 Avqust 2019 13:05 5308

“Nəqliyyat Agentləri” könüllülük proqramının iştirakçıları üçün “Layihələrin hazırlanması və idarəedilməsi” mövzusunda təlim keçirilib. 
Könüllülərə layihələr və onların yazılma qaydaları, layihələrin idarəedilməsi funksiyaları, SWOT (Güclü cəhətlər, zəif cəhətlər, imkanlar və təhlükələr) analizi haqqında ətraflı məlumat və zəruri tövsiyələr verilib. Əldə edilən nəzəri biliklərin praktikada tətbiq edilməsi məqsədilə qrup işləri təşkil edilib. Könüllülər tərkibi 5 nəfərdən ibarət olan qruplar şəklində paytaxtın yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, yol-nəqliyyatla bağlı layihə təkliflərini hazırlayaraq auditoriyaya təqdim ediblər. Könüllülərin təqdimatları təlimçi tərəfindən izlənilib və qiymətləndirilib. 
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq və Azərbaycan Respublikası Prezidentinin könüllülərin dövlət təşkilatlarına cəlb olunması haqqında tövsiyəsinə əsaslanaraq, ASAN modeli təcrübəsinə uyğun könüllülük proqramı həyata keçirir. Könüllülük proqramın məqsədi, paytaxtın yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin təmin edilməsi istiqamətində həyata keçirdiyimiz fəaliyyətlərə könüllülər vasitəsilə dəstək olmaqdır. Agentlik tərəfindən hazırlanan maraqlı proqram çərçivəsində könüllülər müxtəlif təlimlər vasitəsilə bilik və bacarıqlarını artıracaq və aksiyalarda iştirak edəcəklər. 2 aylıq proqramı müvəffəqiyyətlə başa vuran könüllülər praktiki biliklərə yiyələnərək sonda sertifikatla təltif olunacaqlar.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020