Əsas səhifəNəqliyyatKönüllülərin "Bakubus" MMC və "STM" MMC-yə təcrübə səfəri keçirilib
PAYLAŞ

Könüllülərin "Bakubus" MMC və "STM" MMC-yə təcrübə səfəri keçirilib

Nəqliyyat 24 Avqust 2019 12:10 3150

Bakı Nəqliyyat Agentliyinin “Yol həyatdır” proqramı çərçivəsində həyata keçirilən “Nəqliyyat Agentləri” programının könüllülərinin iştirakı ilə “Bakubus” MMC və STM MMC-yə təcrübə səfəri təşkil edilib.
Könüllülərə “Bakubus” MMC-nin yaranma tarixi, şəhər nəqliyyatının modernləşdirilməsi ilə bağlı həyata keçirilən islahatlar, əldə olunan uğurlar, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkili istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, ətraf mühitin qorunması “BakuBus”MMC-nin əsas fəaliyyət prinsiplərindəndir. İstehsalat bazasında avtobusların yuyulmasında istifadə edilən suyun emaldan sonra təkrar istfadə edilməsi də məhz bu prinsipə xidmət edir. Könüllülər Sürücü Təlim Mərkəzinin ərazisini də gəzib, burada yaradılan şəraitlə tanış olub. Sürücü Təlim Mərkəzi və avtobus sürücüləri üçün təşkil edilən təlimlər, simulyatorların iş prinsipi barədə ətraflı məlumatlandırılıb. Bildirilib ki, Sürücü Təlim Mərkəzi tərəfindən həyata keçirilən təlimlər sürücülərin peşəkarlıq səviyyəsinin artırılmasına imkanı verir. Mərkəzdə keçirilən məşğələlər əsasən, “Yol hərəkəti qaydaları”, “Nəzəri dərslər”, “Praktiki məşğələlər”, “Təhlükəsiz idarəetmə məşqləri” və.s mövzuları əhatə edir. Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq və Azərbaycan Respublikası Prezidentinin könüllülərin dövlət təşkilatlarına cəlb olunması haqqında tövsiyəsinə əsaslanaraq, ASAN modeli təcrübəsinə uyğun könüllülük proqramı həyata keçirir. Könüllülük proqramın məqsədi, paytaxtın yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin təmin edilməsi istiqamətində həyata keçirdiyimiz fəaliyyətlərə könüllülər vasitəsilə dəstək olmaqdır. Agentlik tərəfindən hazırlanan maraqlı proqram çərçivəsində könüllülər müxtəlif təlimlər vasitəsilə bilik və bacarıqlarını artırır, təcrübə səfərlərində iştirak edir və müxtəlif sosial aksiyalara cəlb olunurlar. Qeyd edək ki, 2 aylıq proqramı müvəffəqiyyətlə başa vuran könüllülər praktiki biliklərə yiyələnərək sonda sertifikatla təltif olunacaqlar.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020