Bu səfər yol hərəkəti təhlükəsizliyi ilə bağlı görüşlər avtomobillərin icarəyə verildiyi yerlərdə keçirilib. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları müxtəlif ərazilərdə yerləşən avtomobil icarəyə verilən yerlərdə görüşlər keçirdiblər. Görüş zamanı yol polisi əməkdaşları təbliğat işlərilə yanaşı, həmin yerlərdə çalışan əməkdaşlara və toy mərasimi üçün avtomobilləri götürən sürücülərə BDYPİ tərəfindən hazırlanmış bukletlər təqdim olunub. Bukletlərdə olan tövsiyyələrin əsas mahiyyəti, toy mərasimi üçün avtomobilləri icarəyə verərkən, sürücülərlə profilaktik söhbətlər aparılmalı, xəbərdarlıq olunmalıdır ki sürücülər toy karvanı zamanı yol hərəkəti qaydalarına əməl etsinlər. Eyni zamanda sürücülər hərəkət zamanı yol hərəkəti iştirakçılarına maneə yaratmamaq və optimal sürət seçməklə otmə, manevr qaydalarına əməl edərək avtomobillərin hərəkəti zamanı yalnız bir zolaq üzrə sağ tərəfdə idarə etmək tövsiyə olunur. Maraqla qarşılanan bu tədbirə görə yol polisinə təşəkkür bildirilmiş, qeyd olunan tövsiyyələri vacib hesab olunduğunu bildirmişdilər.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər