2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyatçılar 1 milyard 121,4 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz çox sərnişinə xidmət göstəriblər.
Trend-in məlumatına görə, sərnişinlərin 87,7 faizi avtomobil nəqliyyatı, 12,0 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 983,7 milyon sərnişin daşınıb, 2,1 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,9 faizi avtobus, 4,1 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 2,2 faiz artıb.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 0,4 faiz azalaraq 134,4 milyon nəfər olub.
Hava nəqliyyatı ilə 1 milyon 481,7 min və ya 8,4 faiz çox sərnişin daşınıb.
Bakı. İlhamə İsabalayeva – Trend:
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər