Əsas səhifəÖlkə2 mikroavtobusu yandıran şəxs həbs edildi
PAYLAŞ

2 mikroavtobusu yandıran şəxs həbs edildi

Ölkə 01 Sentyabr 2019 10:56 2439

Astarada 2 mikroavtobusu yandıran şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, Astara rayonunun Toradi kənd sakini N. Babayev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək gecə saatlarında ona məxsus 2 ədəd “Ford” markalı mikroavtobusun naməlum şəxs tərəfindən yandırıldığını bildirib. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Astara rayonu Hamuşam kənd sakini İsrafil Qasımov olduğu məlum olub. İ. Qasımov bu əməli şəxsi münasibətlər zəminində törətdiyini etiraf edib və gecə saat 03 radələrində özü ilə gətiridiyi benzinlə N. Babayevə məxsus 99 DR 809 dövlət nömrə nişanlı “Ford” markalı mikroavtobusu yandırdığını bildirib. Nəticədə həmin avtomaşın tamamilə yanıb, yanaşı dayanmış N. Babayevə məxsus 99 DX 134 dövlət nömrə nişanlı “Ford” markalı digər mikroavtobus isə yanğından qismən zərər görüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır


MƏNBƏ: qafqazinfo.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020