Əsas səhifəMaraqlı"Gürcüstandan gətirilən maşınlar satışlarımıza mane olur" – ŞİRKƏTLƏ MÜSAHİBƏ
PAYLAŞ

"Gürcüstandan gətirilən maşınlar satışlarımıza mane olur" – ŞİRKƏTLƏ MÜSAHİBƏ

Maraqlı 01 Sentyabr 2019 08:00 5133

Xəbər verildiyi kimi, Azərbaycanda 2018-i ildə satışı artın və azalan avtomobil markalarının adları açıqlanıb. FED.az-ın məlumatına görə, satışı kəskin azalan markalardan biri də «Şevrolet»dir.

Azərbaycana gətirilən «Şevrolet» avtomobillərinin və hissələrinin keyfiyyəti, onunla bağlı problemlər, satışların vəziyyəti və rəqiblərlə münasibətlərlə bağlı FED.az-ın suallarını «Şevrolet» avtomobillərinin ölkəmizdəki distribüteri olan «Performans Senter»şirkətinin marketinq meneceri Fərid Məmmədli cvablandırıb

- Bir qədər əvvəl açıqlanan rəsmi statistikadan məlum olurdu ki, Azərbaycanda «Şevrolet» avtomobillərinin satışında kəskin azalma var. Bu təkcə sizin şirkətin satışlarının deyil, ümumiyyətlə ölkəyə daha az belə avtomobil gətirilməsinin göstəricisidir. Satışların azalmasının səbəbi nədir?

- Əvvəlcə qeyd edim ki, «Şevrolet» ümumiyyətlə öz strategiyasına görə Avropa bazarlarından çıxmaqdadır. Bu da onun satışlarına təsir edir. Yəni şirkət daha çox öz ölkəsinə, daha çox ABŞ-a fokuslanmaq, burada genişlənmək istəyir.

- Avropa bazarından niyə çıxırsınız?

- Yeni strategiyaya görə, «Şirkət» daha hündür avtomolbillərin istehsalına başlamaq istəyirlər. Belə modellər bizim bazarlarda da var, məsələn «Traver» modeli. Elə avtomobillərin istehsalını artıracaqlar, onlara isə ən çox ABŞ bazarında tələbat var.

- Bəs Azərbaycandakı satışlarınız niyə azalıb?

- Mən deyərdim aylıq satışlarımız normaldır, hətta hədəfimizün üzərindədir. Devalvasiyadan sonra satışların azalması normal idi. Təxminən deə bilərəm ki, avda 50-100 arası avtomlilimiz satılır.

-  Ən çox hansı modelləri alırlar?

- Təxminən hamısı eyni satılır – arasından seçilənlər «Aveo» və «Kruz»lardır, SUV-lardan isə «Trak»ları qeyd etmək olar. «Şevrole Niva»nı isə demək artıqdır, ən çox satılanlardandır.

- Bəs ən pis satılan modelləriniz hansılardır?

- Ən pis stılan deməzdim, amma bəzi modellərimizə münasibət bir qədər fərqlidir. Bunlardan «Malibu»ları göstərə bilərəm. Səbəbi odur ki, ölkəmizə maşın ticarətçiləri tərəfindən Gürcüstandan belə saxta modellər gətirilir. Onların əksəriyyəti yanmış, suya batmış, sonradan yığılıb gətirilənlərdir. Burada istifadə ediləndə təbbi ki, elə maşınların problemləri üzə çıxır və bu da bizim gətirdiyimiz «Malibu»ların satışına təsirini göstərir.

- Azərbyacana gətirdiyiniz avtomobillər hansı ölkədə istehsal edilir?

- «Şevrolet»in Cənubi Koreyada böyük zavodu var. Bəzi modellər, məsələn, «Maliubu», «Aveo», «Kruz», «Kaptiva», «Trak»lar Koreya istehsalıdır. Bu avtomobillərin ehtiyat hissələri ABŞ-dan gətirilir, lakin Koreyada yığılır. Yalnız «Kkamaro» ABŞ-da yığılr, «Şevrolet Niva» isə bildiyimiz kimi Rusiyada  yığılır.

- Rusiyada təkcə «Niva»lar yığılır? Çünki bəzi məlumatlara görə, digər modellər də Rusiyadan gətirilir?

- Qətiyyən, tam yanlış məlumatdır. Bu bizim rəqib şirkətlər tərəfindən yayılan səhv məlumatldır, alıcılar arasında yayırlar. Biz bunu sübut da edə bilərik. Mahınların kitabçalarını və digər sənədlərini də göstərə bilərik ki, hansı ölkədə yığılır. Yəni bizim maşınlar 3 ölkədən gəlir - əksəriyyəti Koreyadan, «Niva» Rusiyadan, «Kamaro» isə  ABŞ-dan.

- Müştərilərin sizin maşınlardan əsas narazılıqları nədir? Məsələn, bizim eşitdiklərimizdən biri odur ki, «Şevrolet»lər dözümsüzdür və tez dağılır. 

- İstənilən marka avtomobilin narazı təbəqəsi olur. Heç bir şirkət yüz müştəridən yüzünü də razı yola sala bilməz. Və adətən narazı müştəri təbəqəsi daha çox şikayət edir, nəinki razı müştərilər. Razı müştəri demək olar ki, heç bir yerdə razılıq barədə koment yazmır. Biz vəziyyəti sorğular vasitəsilə öyrənirik. Bizim statistikamıza görə, əgər müştəri avtomobilinə düzgün qulluq edrisə atomobilin istifadə müddəti də artır. Avtomobilinə qulluq etməyənlərin problemləri çoxalır. Servisimizə gələn avtomobillərin çoxuna baxırıq ki, qulluq edilməyib. Bu da problemlərə səbəb olur, yəni bunun hər hansı marka ilə aididyyatı yoxdur.

- Sürücülərin «Şevrolet»lərlə bağlı digər narazılıqlarından biri sizin ehtiyat hissələrinin bahalığı və servisdəndir. Bildirilir ki, monopoliyası sizdə olduğuna görə, hissələr bahadır.

- Bunun monopoliyaya aidiyyatı yoxdur. «Şevrolet»in əsl, yəni orijinal ehtiyat hissələrini biz gətiririk. Yəni qayda belədir ki, «Şevrolet» hansı ölkələrdə işləyirlərsə, orada ehtiyat hissələrinin satışını da həmin nümayəndəliklər həyata keçirməlidirlər. Ümumilikdə isə, onu deyə bilərəm ki, bizdə ehtiyat hissələr keyfiyyətinə və uzunmüddətli istifadəsinə görə, 3 yerə ayrılır.

- Yəni «Şevrolet» Azərbaycana 3 növ ehtiyat hissə göndərir – keyfiyyətli, orta keyfiyyətli və aşağı keyfiyyətli? Düz başa düşdük?

- Xeyr xeyr, «Şevrolet»dən bizə yalnız ən keyfiyyətli, orijinal hissələr gəlir. Burada isə biz onun yanına digər seqmentləri də qoşuruq ki, insanların tam orjinal hissələri almağa gücü çatmasa, nisbətən ucuz olan orta və nisbətən zəif hissələr də ala bilsinlər.

- Həmin ehtiyat hissələr haradan gətirilir?

- Digər xarigi ölkələrdən

- Məsələn, haradan, Çindən?

- Bəli olur, bu normal məsələdir. Və onsuz da bu barədə müştəriyə məlumat veririk. Bildiririk ki, orijinal ehiyat hissənin qiyməti belədir, Çindən gətirilənlərin qiyməti belədir.

- Yəni iki növ ehtiyat hissə Çindən gətirilir, biri orijinal olur?

- Bəli, elədir. 

- Bunların arasında qiyməti fərqi nə qədər olur?

- Bəzən ikiqat olur bəzən daha az və daha çox olur. Bunu dəqiq demək çətindir.

- Bəs qarantiya müddətində olan avtomobilləri təmir elərkən hansı hissələrdən istifadə edilir?

- Yalnız orijinal. Maşın qarantiyadadırsa, yalnız orijinal hissələrdən istifadə edilir. Əks halda biz ona qarantiya verə bilmərik.  

- Sizin servislərə ən çox avtomobildəki hansı nasazlığa görə müraciət edirlər?

- Bu dəyişkən bir şeydir. Əgər siz vaxtı-vaxtında sürət qutusunun yağını dəyişməyəcəksizsə, o zaman əlbətdə ki problem yaşayacaqsız. Hansısa bir standart məsələ yoxdur ki, müştəri məhz opndan şikayətlənsin. 

- Servislərinizin işində nəsə yenilik gözlənilirmi?

- Bizim hal-hazırda Gəncə, Babək prospekti və Zərdabidə yerləşən prospkekylərimiz var. Həmçinin  «Ekstra» servisimiz var. Bu servisdə 2017-ci ildən ən müasir avadanlıqlar qurulub  və nəinki Azərbaycanın, ümumilikdə Qafqazın ən böyük servis mərkəzidir, 4 stadion ölçüsündədir.

- Gələcək planlarınız nədir?

- Hal-hazırda «Performance center» «Ravon» avtomobillərinin də rəsmi distributeridir. Yəni şevrolelərlə paralel olaraq Avqustdan etibarən bu avtomobilərin də rəsmi satış təmsilçisiyik.

- Bəs «Şevrolet»lərlə bağlı planlarınız necədir?

- Bu asılıdır «Şevrolet»in baş ofisinin qərarından. Hansı modellər deyiləcəksə onları da gətirəcəyik.


MƏNBƏ: fed.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020