Əsas səhifəÖlkəBaş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları növbəti tədbir keçirib
PAYLAŞ

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları növbəti tədbir keçirib

Ölkə 01 iyul 2019 2413

        Baş Dövlət Yol Polisi İdarəsinin təbliğat xidmətinin əməkdaşları tərəfindən avtomobil yolunu nəzərdə tutulmamış yerlərdən keçən, yerüstü və yeraltı piyada keçidləri olduğu halda onlardan istifadə etməyən piyadalara qarşı növbəti dəfə maarifləndirmə tədbiri həyata keçirilib. Bakı-Sumqayıt şossesində və Bakı şəhərinin müxtəlif küçə və prospektlərində keçirilən tədbirlər zamanı piyada təhlükəsizliyinin təmin edilməsi, mövcud piyada keçidlərindən səmərəli istifadə olunması, yol hərəkəti təhlükəsizliyinin təbliğində hərəkət iştirakçılarının özlərinin aktiv iştirakçıya çevrilməsinin təbliği tədbirin əsas leytmotivini təşkil etmişdir.

       Tədbir zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan piyadalar DYP əməkdaşları tərəfindən saxlanılmış, barələrində inzibati məsuliyyət tədbirləri tətbiq edilməklə yanaşı hər biri ilə maarifləndirici söhbətlər aparılmış, onlara yol hərəkəti haqqında qanunun tələbləri, piyadaların hüquq və vəzifələri barədə müfəssəl məlumat verilmişdir. Yerüstü piyada keçidlərindən istifadə etməyən əsasən yaşlı piyadaların yolu təhlükəsiz şəraitdə keçmələri üçün YPX əməkdaşları tərəfindən adekvat tədbirlər görülüb. «Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nın məqsədlərinə uyğun olaraq piyadaların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.



Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020