Dünyanın ən reytinqli və ən çox satılan avtomobilləri - SİYAHI
Maraqlı
01 Sentyabr 2019 17:00
6139
İlk yeri “Toyota RAV4” tutub. Krossoverdən 441,6 min ədəd satılıb “Focus2move” portalının ekspertləri dünyada ən reytinqli yolsuzluq avtomobillərinin adlarını tərtib ediblər. Avtosfer.az xəbər verir ki, ilin birinci yarısında ən populyar və ən çox satılan markalardan ilk yeri “Toyota RAV4” tutub. Krossoverdən 441,6 min ədəd satılıb. Bu keçən ilin göstəricisindən 8.4 faiz çoxdur. Siyahının ikincisi isə “Honda CR-V” olub və 381,5 min nüsxə alınıb. Ardınca, “Volkswagen Tiguan” - 370,7 min ədəd satılaraq ilk üçlüyü tamamlayıb. Bundan əlavə, ən populyar avtomobillərin reytinqinə “Hyundai Tucson” və “KIA Sportage” markaları da daxil edilib.
Rəylər