Əsas səhifəQəzaHacıqabulda qəza: ana öldü, əri və övladları yaralandı
PAYLAŞ

Hacıqabulda qəza: ana öldü, əri və övladları yaralandı

Qəza 01 Sentyabr 2019 19:27 5453
Hacıqabulda bir ailə avtomobil qəzasına düşub. Nəticədə ana həlak olub, əri və iki övladı isə xəsarət alıblar. Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı sakini, 1969-cu il təvəllüdlü Allahverdiyev Aydın Elman oğlu idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkət edərkən qəfil idarəetməni itirib və maşın qaz xəttinə çırpılıb. Nəticədə sürücünün həyat yoldaşı, 1978-ci il təvəllüdlü Allahverdiyeva Ruhiyyə İlyas qızı hadisə yerində ölüb. Sürücü və iki övladı - 1999-cu il təvəllüdlü Xəyal və 2007-ci il təvəllüdlü Elvira isə xəsarət alıb. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
MƏNBƏ: oxu.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020