Əsas səhifəNəqliyyatAZAL Bakıda İATA ilə birgə beynəlxalq “Aviation Day Azerbaijan” tədbirini həyata keçirmişdir
PAYLAŞ

AZAL Bakıda İATA ilə birgə beynəlxalq “Aviation Day Azerbaijan” tədbirini həyata keçirmişdir

Nəqliyyat 05 Sentyabr 2019 00:25 12024

3 iyul 2019-cu il, Bakı - “Azərbaycan Hava Yolları” Bakıda Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə birgə mülki aviasiya sahəsində nüfuzlu forum həyata keçirmişdir.

“Aviation Day Azerbaijan” tədbirində AZAL və İATA-nın rəhbər heyəti ilə yanaşı aviaşirkətlərin və turizm sahəsinin liderləri, diplomatik korpus və kütləvi informasiya vasitələri nümayəndələri iştirak etmişdirlər.

AZAL prezidenti Cahangir Əsgərov və IATA-nın Avropa üzrə vitse-prezidenti Rafael Şvartsman salamlama nitqi ilə çıxış etmişdirlər. Daha sonra AZAL-ın vitse-prezidenti Eldar Hacıyev, Ümumdünya Turizm Təşkilatının (UNWTO) üzv ölkələri ilə əlaqələr üzrə koordinatoru Beka Djakeli, “Türk Hava Yolları” aviaşirkətinin baş direktoru Bilal Ekşi və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Senqstşmid təqdimatlarla çıxış etmişdirlər.

“AZAL artıq 26 ildir ki, İATA-nın tamhüquqlu üzvüdür. Bütün bu illər ərzində biz uçuşların təhlükəsizliyi, kadr hazırlığı, innovasiyaların tətbiqi sahəsində sıx əməkdaşlıq etmişik. Azərbaycan Prezidenti cənab İlham Əliyevin daimi diqqəti və dəstəyi sayəsində dinamik inkişaf edən Azərbaycan mülki aviasiyası üçün uçuşların təhlükəsizliyi ən prioritet məsələdir. Bu gün ölkəmizin bütün hava limanlarında tətbiq olunan ən müasir texnologiya və innovasiyalar uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradır.”, - Cahangir Əsgərov bildirib.

“IATA “Aviation Day Azerbaijan”-a maksimum dəstək göstərir və mülki aviasiya sahəsində bu mühüm tədbirin birgə keçirilməsinə görə AZAL-a öz minnətdarlığını bildirir. Azərbaycanda aviadaşımalar bazarı daima inkişaf etməkdədir. Ötən il ərzində sərnişin axını 4,7 milyon nəfər təşkil etmişdir ki, bu da əvvəlki ilə nisbətən 11 faiz çoxdur. Dünyanın 29 müxtəlif ölkəsinə birbaşa reyslər həyata keçirilir. Bu Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərmək ilə yanaşı səyahət etmək istəyənlər üçün də böyük üstünlükdür.” – IATA-nın Avropa üzrə vitse-prezidenti Rafael Şvartsman bildirib.

Onun sözlərinə görə, Azərbaycanın daha güclü, etibarlı və təhlükəsiz hava nəqliyyatı şəbəkəsinin qurulmasına dair öhdəliyi Montreal Protokoluna 2014 (MP14), IATA İstismar Təhlükəsizliyinin Auditinə (IOSA), İATA Yerüstü Əməliyyatların Təhlükəsizliyi Auditinə (ISAGO), Aviasiya Məlumatlarının İdarəedilməsi Proqramına (GADM) dəstəyində özünü göstərir.

Tədbir çərçivəsində Cahangir Əsgərov və Rafael Şvartsman uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində iki razılaşma imzalamışdırlar. Sənədlər IOSA (IATA İstismar Təhlükəsizliyi Auditi), ISAGO (Yerüstü ƏməliyyatlarınTəhlükəsizliyi Auditi) və GADM (Aviasiya Məlumatlaının İdarəedilməsi Proqramı) kimi audit proqramlarının, habelə aeronaviqasiya sahəsində uçuşların təhlükəsizliyinə nəzarət üçün son standartların tətbiqini nəzərdə tutur.

Həmçinin “Aviation Day Azerbaijan” forumunda 2020-ci ildə ən mühüm IATA beynəlxalq təhlükəsizlik konfranslarından birinin - "Safety and Flight Ops Conference"-in Bakıda keçiriləcəyi bəyan edilmişdir.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti


MƏNBƏ: azal.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020