Əsas səhifəNəqliyyatHərəkətin təhlükəsizliyinə zəmanət gücləndirilir
PAYLAŞ

Hərəkətin təhlükəsizliyinə zəmanət gücləndirilir

Nəqliyyat 20 Sentyabr 2019 9:00 19947

Dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində yolların əsaslı təmir olunması bu xəttə daxil olan digər qurğu və mexanizmlərin, eləcə də ayrı-ayrı təsərrüfat sahələrinin yenidən qurulması zərurətini ortaya qoyub. Hazırda bu istiqamətdə əsaslı layihələr həyata keçirilir ki, bu da hərəkət sistemi ilə sırf əlaqəli olan təsərrüfat sahələrini əhatə edir.

Xəbər verdiyimiz kimi, avqust ayının 5-dən etibarən Gəncə-Böyük Kəsik istiqamətində 156 ədəd yoldəyişən qurğunun təzələnməsinə start verilib.

Əvvəlkilərdən fərqli olaraq dəmir-beton tir və şpallar üzərində qurulan bu yoldəyişənlər hərəkətin təhlükəsizliyi və davamlılığı baxımından daha etibarlıdır. Qısa müddət ərzində 39 ədəd yoldəyişən qurğunu təzələməyə nail olan yol təsərrüfatı işçiləri bu gün Poylu  stansiyasında  9 ədəd yeni qurğunun  qoyuluşunu həyata keçirirlər. Eyni zamanda Dəllər stansiyasında da 10 ədəd yoldəyişənin təzələnməsi prosesi davam etdirilir.  Dəmir yolunun daxili imkanları hesabına reallaşan bu işləri “Azərbaycan Dəmir Yolları” QSC-nin 5 və 11  saylı İxtisaslaşmış Dəmir Yolu Müəssisələrinin kollektivləri  icra edirlər.


MƏNBƏ: ady.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020