Əsas səhifəNəqliyyatDaha iki prospektin kəsişməsində hərəkətdə dəyişiklik edilib
PAYLAŞ

Daha iki prospektin kəsişməsində hərəkətdə dəyişiklik edilib

Nəqliyyat 01 Oktyabr 2019 11:00 5443

Paytaxt ərazisində yol hərəkətinin təkmilləşdirilməsi və təhlükəsizlik tədbirlərinin artırılması istiqamətində daha bir önəmli layihənin icrası yekunlaşıb. Layihə çərçivəsində Z.Bünyadov və M.K.Atatürk prospektlərinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib. Belə ki, dəyişiklik nəticəsində artıq Ziya Bünyadov prospektində kənar yol ilə hərəkət edən nəqliyyat vasitələri (Olimpiya stadionu istiqamətində) M.K.Atatürk prospekti ilə kəsişmədə yeni təşkil edilən yolayrıcları hesabına hərəkətlərini birbaşa davam etdirə biləcəklər. Yolayrıcında hərəkət svetoforlarla nizamlanır.

Dəyişikliyin üstün cəhətləri:

 Bu prospektlərdə yaranan tıxac və sıxlıq hallarının aradan qalxmasına müsbət təsir edir;  Piyada təhlükəsizliyi təmin edilir; Sərnişindaşımalarda keyfiyyətin daha da yüksəldilməsinə köməklik göstərir; Nəqliyyat vasitələrinin daha az məsafə qət etməsinə imkan yaradır.
MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020