BDYPİ və Azərbaycan Milli Avtomobil Klubu birgə növbəti tədbir həyata keçirilib
Ölkə
05 oktyabr 2019 16:00
3342
«Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nda qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə Baş DYP İdarəsinin vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları ilə birgə apardığı təbliğat-təşviqat və maarifləndirmə işləri getdikcə daha geniş vüsət alır.
Bu qəbildən olan növbəti tədbir Azərbaycan Milli Avtomobil Klubu (AMAK) ilə birgə həyata keçirilib.
Belə ki, “Həssas təbəqədən olan uşaqlar və onların yollarda üzləşdiyi çətinliklər” layihəsi çərçivəsində 1 nömrəli Ailə tipli kiçik qrup evində qonaq olan Baş Dövlət Yol Polisi İdarəsinin və AMAK-ın əməkdaşları yol-hərəkəti təhlükəsizliyi ilə bağlı uşaqlarla səmimi söhbətlər aparmış, qarşılıqlı müzakirə və sorğular keçirmişlər. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Mübariz Ağayev yol hərəkəti təhlükəsizliyinin əhəmiyyəti, eyni zamanda yol hərəkəti qaydalarına əməl olunmaması nəticəsində törənən neqativ hallar, ağır nəticələr barədə uşaqlara geniş məlumat vermiş və hər bir iştirakçıya Baş Dövlət Yol Polisi İdarəsi adından hədiyyələr təqdim etmişdir.
Müəssisənin əməkdaşları və sakinləri göstərilən diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər