Yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görülən işlər çərçivəsində Təbriz küçəsi ilə İ.Həsənoğlu küçəsinin kəsişməsində aşağıdakı tədbirlər həyata keçirilib:
Sarı kəsişmə toru təşkil edilib; Nəqliyyat vasitələrinin hərəkət trayektoriyasını əks etdirən yol nişanlamaları çəkilib; Yolayrıcının bütün istiqamətləri üzrə piyada keçidləri yerləşdirilib.Həyata keçirilən dəyişikliklər:
Kəsişmədə piyadaların rahatlığını, Yol hərəkəti iştirakçılarının təhlükəsizliyini, Nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etməyə imkan verəcəkdir.Qeyd edək ki, hazırda ərazidə əlavə pandusların quraşdırılması üçün də iş aparılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər