Əsas səhifəNəqliyyatYeni alınan avtobusları idarə etmək üçün sürücü axtarılır
PAYLAŞ

Yeni alınan avtobusları idarə etmək üçün sürücü axtarılır

Nəqliyyat 30 Oktyabr 2019 16:15 2066

Paytaxtın avtobus parkının yenilənməsi məqsədi ilə alınan 300 ədəd avtobusu idarə edəcək sürücülərin komplektləşdirilməsi işləri davam edir. 
Bildiririk ki, bu avtobusları idarə etmək üçün peşəkar sürücülərə ehtiyac var. Bunu nəzərə alaraq bir daha Bakı Nəqliyyat Agentliyi "BakuBus" MMC sürücü vəzifəsinə işə qəbulla bağlı elanımızı təkrar edirik.
İşə qəbul üçün “D” kateqoriyalı sürücülük vəsiqəsi və ictimai nəqliyyatda sərnişindaşıma sahəsində təcrübəsi olan sürücülər "BakuBus" MMC-yə müraciət edə bilərlər.
Məlumat üçün qeyd edək ki, müraciət edən namizədlər üçün Sürücü Təlim Mərkəzində təlimlər keçirilir. Hazırda da davam etməkdə olan təlimlərdə avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair nəzəri və praktiki təlimlər keçirilir. Praktiki təlimlər yeni alınan BMC Procity 12 metrə CNG avtobusları cəlb edilib.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020