Əsas səhifəÖlkəBaş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində maarifləndirmə tədbiri keçirib
PAYLAŞ

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində maarifləndirmə tədbiri keçirib

Ölkə 31 oktyabr 2019 13:00 3831

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, respublikanın təhsil müəssisələrində aparılan təbliğat-təşviqat və maarifləndirmə işlərinin daha geniş vüsət alması istiqamətində tədbirlərini davam etdirir.
Təhsil Nazirliyinin struktur qurumları ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən növbəti belə tədbir Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin təşkilatçılığı ilə  baş tutub.
Mərkəzin direktoru Əntiqə Rzayevanın və dərnək rəhbəri Esmira Qocayevanın fəal təşkilatçılığı ilə valideynlərin, KİV və ictimaiyyət nümayəndələrinin də qatıldığı tədbirdə, məktəblilərin ifasında yol hərəkəti qaydalarını və təhlükəsiz davranış vərdişlərini aşılayan musiqi və rəqs nömrələri, səhnəciklər nümayiş olunmuş, rəngarəng səs və işiq effektəri, əyani vəsaitlər isə görüşü daha da yadda qalan və təsirli etmişdir.

Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev çıxış edərək, «Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nda qarşıya qoyulmuş vəzifələr haqqında geniş məlumat vermiş, bu sahədə həyata keçirilən təbliğat-təşviqat və maarifləndirmə xarakterli tədbirlərin Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulamışdır.

Yol hərəkəti təhlükəsizliyinin təbliğində Dövlət Yol Polisi tərəfindən həyata keçirilən təşkilati-hüquqi, sosial-inzibati tədbirlərlə yanaşı, vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı şəxslərin bilavasitə və fəal iştirakçılığının da mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən polis polkovnik-leytenantı M.Ağayev, yol hərəkəti qaydalarının, təhlükəsiz davranış vərdişlərinin uşaq və yeniyetmələrə aşılanmasında - təhsil müəssisələrində müəllimlərin, evdə və yollarda isə valideynlərin, ictimaiyyət nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırmışdır.

Çıxış edən digər natiqlər – Əntiqə Rzayeva və Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Fariz Orduxanov rəhbərlik etdikləri müəssisələrdə mütəmadi olaraq yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədbirlərin, təlim və seminarların təşkil edildiyini bildirmiş və bu sahədə hər zaman Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə əməkdaşlığa böyük önəm verdiklərini qeyd etmişlər.



Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020