Əsas səhifəNəqliyyatBakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti beynəlxalq konfransda və sərgidə iştirak edib.
PAYLAŞ

Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti beynəlxalq konfransda və sərgidə iştirak edib.

Nəqliyyat 01 Noyabr 2019 14:30 2553

Oktyabrın 23-də Belçikanın paytaxtı Brüsseldə İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyası (UITP) tərəfindən təşkil olunan UITP-nin Beynəlxalq Avtobus Konfransı keçirilib. 2 ildən bir təşkil olunan konfrans 40 ildir ki, keçirilir və dünyanın ən qədim eyni zamanda ən məşhur avtobus konfransı hesab edilir. Konfransda Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti də iştirak edib. Tədbir çərçivəsində sektorda baş verən dəyişikliklər, qlobal trendlər və inkişaf istiqamətləri ən son innovasiyalar, nəqliyyat həlləri və məhsulları haqda müzakirələr aparılıb. Konfras çərçivəsində nümayəndə heyəti sessiyalarda iştirak edərək elektrik və digər yeni enerji avtobusları, gündəlik avtobus əməliyyatları, avtobusların saxlanması, idarəolunması, işçi heyət və s. üzrə xarici təcrübələrlə tanış olub, eyni zamanda Rusiya Federasiyasının Moskva və Moskva bölgəsində avtobus, trolleybus və tramvay şəbəkələri ilə işləyən dövlət şirkəti Mosgortransın rəhbəri Andrey Polyakov, Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsi nəzdində ictimai nəqliyyat xidmətləri göstərən İstanbul Elektrik Tramvay və Tunel Müəssisələri (İETT) təşkilatının Strateji inkişaf şöbəsinin rəhbəri Büşra Buran ilə görüşlər keçirərək gələcək əməkdaşlıqlar barədə fikir mübadiləsi aparıb. Nümayəndə heyəti dünyanın ən böyük avtobus sərgisi olan Busworld sərgi salonunu da ziyarət edib, yeni avtobus trendləri ilə tanış olub və bir sıra işgüzar görüşlər keçirib. Belə ki, “Volvo Buses” şirkətinin Orta Şərq, Afrika və MDB ölkələri üzrə vitse-prezidenti Manish Sahi, “Man Truck and Bus SE” şirkətinin satış və beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Christian Fischer, “Bakulin Motors Group (Volgabus)” satış və məhsul üzrə vitse-prezidenti İvan Primerov, “Solaris Bus and Coach” şirkətinin biznesin inkişafı üzrə direktoru Adam Zielinski, “İVECO France” şirkətinin rəhbəri Stephane Espinasse, “Otokar” şirkətinin Avropa üzrə baş direktoru Ali Murat Atlas və bir çox digər avtobus şirkətlərinin səlahiyyətli nümayəndələri ilə görüşlər keçirib, elektrik avtobusları üzrə son yeniliklər barədə fikir mübadiləsi apararaq gələcək mümkün əməkdaşlıqlar barədə müzakirələr aparıb.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020