Əsas səhifəNəqliyyatQanunsuz parklanmaya qarşı aparılan tədbirlər davam edir
PAYLAŞ

Qanunsuz parklanmaya qarşı aparılan tədbirlər davam edir

Nəqliyyat 15 Noyabr 2019 11:00 1737

Qanunsuz parklanmaya qarşı aparılan tədbirlər sayəsində paytaxtın Fikrət Əmirov küçəsində (“28 May” metrostansiyası yaxınlığı) nəqliyyat şəraiti yaxşılaşdırılıb. Əvvəllər qeyd edilən ərazidə nəqliyyat sıxlığını artıran, yolun buraxıcılıq qabiliyyətinə mənfi təsir edən süni amillər aradan qaldırılıb. Nəticədə;

Piyada təhlükəsizliyi təmin edilib Sərnişinlərin marşrut avtobuslarından təhlükəsiz istifadəsinə nail olunub 14 Müntəzəm marşrut xətti üzrə 229 avtobusun hərəkət sxemi normallaşıb ki, bu da 200.000-dən artıq sərnişinin daha tez və rahat daşınması deməkdir. Digər nəqliyyat vasitələrinin hərəkətində də intensivlik artıb.

Qeyd edək ki, gündəlik olaraq bu yoldan istifadə edən hərəkət iştirakçıları, xüsusən də ictimai nəqliyyat istifadəçiləri görülən işlərdən razlıqlarını ifadə ediblər.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020