Əsas səhifəNəqliyyatKoroğlu NMM-də davamlı olaraq dezinfeksiya işləri aparılacaq
PAYLAŞ

Koroğlu NMM-də davamlı olaraq dezinfeksiya işləri aparılacaq

Nəqliyyat 19 Noyabr 2019 15:00 2100

Havaların soyuması ilə əlaqədar bir çox kəskin respirator infeksion xəstəliklərin yayılma ehtimalının artmasını nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi qabaqlayıcı tədbirlərə başlayıb. Bu çərçivədə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri görülüb. Perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilib. Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılıb. 
 
Qeyd edək ki, mövsümlə əlaqədar olaraq əhalinin sıx toplaşdığı qapalı ərazilərdə dezinfeksiya tədbilərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq analoji işlərin hər həftə aparılması planlaşdırılır.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020