Havaların soyuması ilə əlaqədar bir çox kəskin respirator infeksion xəstəliklərin yayılma ehtimalının artmasını nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi qabaqlayıcı tədbirlərə başlayıb. Bu çərçivədə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri görülüb. Perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilib. Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılıb.
Qeyd edək ki, mövsümlə əlaqədar olaraq əhalinin sıx toplaşdığı qapalı ərazilərdə dezinfeksiya tədbilərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq analoji işlərin hər həftə aparılması planlaşdırılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər