Əsas səhifəNəqliyyat71 və 93 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar təmir olunan və nisbətən iritutumlu nəqliyyat vasitələri ilə əvəz olunub
PAYLAŞ

71 və 93 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar təmir olunan və nisbətən iritutumlu nəqliyyat vasitələri ilə əvəz olunub

Nəqliyyat 22 Noyabr 2019 13:45 5037

Uzun müddətdir ki, yararsız vəziyyətdə olan 71 və 93 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar təmir olunan və nisbətən iritutumlu nəqliyyat vasitələri ilə əvəz olunub. Belə ki, hər iki marşrut xətti üzrə istismarda olan avtobusların texniki baxımdan yararsız olması, sərnişin tələbatını ödəməməsi, eləcə də, digər çatışmazlıqlar daim sərnişinlərin haqlı narazılığına səbəb olurdu. Ötən dövrdə bununla əlaqədar, vətəndaşlar tərəfindən 141 Çağrı Mərkəzinə də çoxsaylı müraciətlər daxil olub. Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi, eyni zamanda, buna mane olan halların qısa vaxtda aradan qaldırılması ilə bağlı hər iki xətt üzrə daşıyıcıya ciddi xəbərdarlıq edilib. Bildirilib ki, yenilənmə işləri mütləq qaydada davam etdirilməli, sərnişindaşıma fəaliyyətləri Nazirlər Kabinetinin 04 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq olunmuş tələblərə tam uyğunlaşdırılmalıdır.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020