Əsas səhifəNəqliyyatHənifə Ələsgərova küçəsində mövcud avtobus dayanacaq məntəqəsindəki “cib” ləğv edilərək piyadalar üçün səki inşa edilib
PAYLAŞ

Hənifə Ələsgərova küçəsində mövcud avtobus dayanacaq məntəqəsindəki “cib” ləğv edilərək piyadalar üçün səki inşa edilib

Nəqliyyat 27 Noyabr 2019 16:00 2939

Bakı Nəqliyyat Agentliyi tərəfindən piyadaların rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə növbəti dəyişiklik həyata keçirilib. Belə ki, Hənifə Ələsgərova küçəsində (Mərdanov Qardaşları küçəsi ilə kəsişmədə) mövcud avtobus dayanacaq məntəqəsindəki “cib” ləğv edilərək piyadalar üçün səki inşa edilib. Dəyişiklik həyata keçirilməmişdən əvvəl sözügedən avtobus dayanacaq məntəqəsində aşağıda göstərilən problemlər mövcud idi

Avtobus dayanacaq pavilyonu səkini zəbt etdiyindən piyadalar yolun hərəkət hissəsinə düşmək məcburiyyətində qalırdılar ki, bu da onların həyatları üçün real təhlükə mənbəyinə çevirilirdi; “Cib”in standartlara uyğun olmaması səbəbindən avtobuslar “cib”ə daxil ola bilmirdilər; Dayanacaq pavilyonunun önündə sərnişinlərin dayanması üçün sahə qalmırdı.

Dəyişiklik həyata keçirildikdən sonra artıq:

Avtobuslar daha qısa müddətə minib-düşməni həyata keçirir və səkiyə daha rahat yan alır; Piyadalar səki ilə daha rahat və təhlükəsiz şəkildə hərəkət edir; Sərinişinlər avtobusları dayanacaq pavilyonunun önündə təşkil edilmiş təhlükəsiz sahədə gözləyir;

Bundan başqa, görmə məhdudiyyətli insanlar üçün səkidə hiss edilə bilən (tactile) döşəmələr də yerləşdirilib.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020