Əsas səhifəNəqliyyatYeni avtobuslar sərnişinlərin istifadəsinə verilib
PAYLAŞ

Yeni avtobuslar sərnişinlərin istifadəsinə verilib

Nəqliyyat 29 Noyabr 2019 16:00 1468

Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə, dövlət başçısının müvafiq sərəncamı ilə alınan yeni avtobusların istismara verilməsinə başlanılıb. 
Təhlükəsizliyi, rahatlığı, ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik BMC Procity markalı avtobusların bir qismi ilk olaraq 30.11.2019-cu il tarixindən 125 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərin istifadəsinə veriləcək. Bununla əlaqədar 125 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemi də dəyişdirilib. Beləki bu xətt üzrə avtobusların hərəkəti  28 May-Lökbatan qəsəbəsi olmaqla təşkil edilib. Bununla da 123 mindən artıq sakini olan Lökbatan qəsəbəsinin şəhər mərkəzi ilə birbaşa marşrut xətti ilə əlaqələndirilməsi təmin olunub. Marşrut xətti üzrə gediş haqqının ödənişi nağdsız qaydada “BakıKart” vasitəsi ilə həyata keçiriləcək. Sərnişinlərin “BakıKart” əldə etməsi, eləcə də, kartın balansının artırılmasını asanlaşdırmaq məqsədi ilə qəsəbə ərazisində terminallar quraşdırılıb. 
Marşrut xəttindəki yeniliklə əlaqədar, Lökbatan qəsəbəsində tədbir keçirilib. Bakı Nəqliyyat Agentliyinin IDEA "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyi  ilə birgə təşkil etdiyi tədbirdə yeni avtobuslar Lökbatan sakinlərinə təqdim olunub.  Sakinlərin çoxdan gözlədiyi xəbəri sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbinin sağirdləri çatdırıb. Yeni avtobusların qəsəbəyə gəlişi bayram əhval-ruhiyyəsi ilə qarşılanıb. Heydər Əliyev Parkının qarşısındakı meydana toplaşan sakinlər son illər ictimai nəqliyyatda həyata keçirilən yeniliklərin vətəndaşların rahatlığı baxımından əhəmiyyəli olduğunu bildiriblər. Bütün bunların dövlət başçısının diqqət və qayğısı sayəsində reallaşdığını vurğulayıblar.  
Tədbir çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbinin sağirdlər üçün İDEA heyvanlara qayğı mərkəzinə tanışlıq turu təşkil edilib. Mərkəzin fəaliyyəti ilə tanış olan uşaqlara yol hərəkəti və ictimai nəqliyyatda davranışla bağlı təlim də keçirilib. Həmçinin, Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat Agentləri” könüllüləri tədbirdə iştirak edərək uşaqlara dəstək olub və onları məlumatlandırıblar. 
125 nömrəli müntəzəm marşrut xətti üzrə məlum dəyişikliyi nəzərə alaraq vətəndaşlardan xahiş edirik ki, həmin istiqamətdə ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Belə ki, baş vermiş sürüşmə səbəbindən Bibiheybət-20-ci sahə Bayıl ərazisində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Vətəndaşlaı şəxsi nəqliyyat vasitəsi ilə deyil məhz ictimai nəqliyyatdan istifadə etməklə qeyd edilən yolda hərəkət intensivliyinin artmasına töfhə vermiş olacaqlar.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020