Əsas səhifəÖlkəDövlət Yol Polisi ictimaiyyətə daha da yaxın oldu!
PAYLAŞ

Dövlət Yol Polisi ictimaiyyətə daha da yaxın oldu!

Ölkə 06 dekabr 2019 18:00 1758

Müasir dövrdə sosial şəbəkələrin həyatımızda əhəmiyyətli rol oynadığı danılmazdır. İnformasiya mənbələri içərisində bir çox kriteriyalar üzrə rəqib tanımayan sosial şəbəkələrə maraq isə günü-gündən artmaqdadır.
Dövrün tələb və çağırışlarına hər zaman adekvat reaksiyası ilə seçilən  Daxili İşlər Nazirliyində də bu tendensiya nəzərdən qaçmamış və artıq uzun müddətdir ki, əhalinin məlumatlandırılmasında məhz sosial şəbəkələrin imkanlarından geniş istifadə edilir.
Daim ölkə ictimaiyyətinin diqqət mərkəzində olan və fəaliyyəti sosial şəbəkələr üzərindən daha çox izlənilən DYP xidməti haqqında informasiyanın əhali tərəfindən daha əlçatan olması üçün DİN rəhbərliyi bu dəfə “dyp.polisazerbaycan” adlı  instagram səhifəsinin yaradılmasına göstəriş verib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin istifadəsinə verilən “dyp.polisazerbaycan” instagram səhifəsi artıq bu gündən etibarən fəaliyyətə başlayıb.

Hörmətli sosial şəbəkə istifadəçiləri!
Böyük məmnunluq hissi ilə Sizləri, ölkəmizdə yol hərəkəti mədəniyyətinin daha da inkişaf etdirilməsinə, əhalinin yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilməsinə, yol hərəkəti təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə ictimaiyyətin daha geniş və çevik şəkildə məlumatlandırılmasına xidmət edəcək “dyp.polisazerbaycan” instagram səhifəsini izləməyə və aktiv iştirakçılığa dəvət edirik.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020