Əsas səhifəNəqliyyatBNA-nın “Nəqliyyat Agentləri” könüllülük proqramı təltif edilib
PAYLAŞ

BNA-nın “Nəqliyyat Agentləri” könüllülük proqramı təltif edilib

Nəqliyyat 11 Dekabr 2019 11:00 1876

1-9 Dekabr tarixlərində baş tutan "Azərbaycan Könüllülük Həftəsi" nin yekunlarına həsr edilən mətbuat konfransında həftə çərçivəsində fəal iştirakçılığa görə Bakı Nəqliyyat Agentliyinin "Nəqliyyat Agentləri" könüllülük proqramı təltif edilib. 

Könüllülük Həftəsi çərçivəsində təşkil edilən tədbirlər:
BMC markalı yeni avtobusların Lökbatan sakinlərinə təqdimatı zamanı və İDEA İctimai Birliyinin “İDEA Heyvanlara Qayğı Mərkəzi” nə tanışlıq turunda könüllülərimiz 9 nömrəli Xüsusi İnternat Məktəbinin şagirdlərinin vaxtının səmərəli keçirilməsində xüsusi rol oynayıb. 

3 dekabr Beynəlxalq Əlillər günündə “Koroğlu” NMM-də fəaliyyət göstərən könüllülərimiz xüsusi qayğıya ehtiyacı olan sərnişinlərə köməklik göstərib və Mərkəzin istifadə qaydaları haqqında sərnişinləri məlumatlandırıblar.

5 dekabr "Könüllülərin II həmrəylik Forumu", Gənclər təşkilatlarının sərgisi və gənclər üçün təşkil edilən düşərgədə fəal iştirak edilib. Bir nəfər könüllümüz forumda mükafatlandırılan könüllülər sırasında diplom və qiymətli hədiyyə ilə təltif edilib. 

6 dekabr AvtoFM 107.7 radiosunun canlı efirində ictimai iştirakçılıq və "Azərbaycan Könüllülük Həftəsi" mövzusunda 3 nəfər könüllü mövzu üzrə danışaraq verilən sualları cavablandırıb. 

"Azərbaycan Könüllülük Həftəsi" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin təşkil etdiyi "Nəqliyyat Agentləri" könüllülük proqramına seçimlərdə 124 nəfər iştirak edib, 60 nəfər proqrama seçilib, 35 nəfər məzun adını qazanaraq sertifikatla təltif edilib, 7 nəfər könüllü isə işlə təmin edilib. Hazırda 30 nəfər könüllümüz bu və ya digər fəaliyyətlərimizdə fəal şəkildə iştirak edirlər.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020