Əsas səhifəNəqliyyatKönüllülük proqramının yekunlarına dair “Nəqliyyat Agentləri” ilə görüş keçirilib
PAYLAŞ

Könüllülük proqramının yekunlarına dair “Nəqliyyat Agentləri” ilə görüş keçirilib

Nəqliyyat 21 Dekabr 2019 10:00 1949

2019 cu ilin yekunlarına dair Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat Agentləri” könüllülük proqramının könüllüləri ilə görüş keçirilib. Görüşdə Bakı Nəqliyyat Agentliyinin Aparat rəhbəri könüllüləri salamlayaraq Agentliyin fəaliyyətinin həyata keçirilməsində, vətəndaşlara xidmətin göstərilməsi istiqamətində və digər maariflədnirici və məlumatlanıdırıcı aksiyalarda könüllülərin xidmətini yüksək qiymətləndirib və ilin çox produktiv keçdiyini qeyd edib. 
Proqram ərzində könüllülərlə işləyən Agentliyin əməkdaşları çıxış edərək bildiriblər ki, könüllülər Agentliyin fəaliyyəti ilə bağlı olan tapşırıqları yerinə yetirərək, işgüzar ünsiyyətin, xidməti subordinasiyanın qayda və normalarına riayət etməklə, nəzakətli və ədəbli ünsiyyət quraraq könüllülük proqramına aid təlimatlara riayət ediblər. Davranışları və fəaliyyəti ilə kollektiv arasında hörmət qazanıblar.
Könüllülük proqramı ərzində özlərini müsbət tərəfdən göstərən və Agentlikdə işə götürülən könüllülər eyni zamanda digər fəal könüllülər öz təəssüratlarını bölüşüblər. Daha sonra proqramın ilin yekunlarına dair hesabat video çarxı nümayiş etdirilib, qazanılan diplomlar təqdim edilib və il ərzində fəal olan könüllülər təşəkkürnamə və müsbət xasiyyətnamələrlə təltif olunublar.  
Qeyd edək ki, bu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında dövlət başçısı gənclərlə görüşündə dövlət qurumlarına müraciət edərək Könüllülər Hərəkatının yaradılması və gənclərin bu fəaliyyətə cəlb olunması ilə bağlı çağırış edib. Bu çağırışa uyğun olaraq, Bakı Nəqliyyat Agentliyi “Nəqliyyat Agentləri” könüllülük proqramına start verib. 
Bakı Nəqliyyat Agentliyinin təşkil etdiyi "Nəqliyyat Agentləri" könüllülük proqramına seçimlərdə 124 nəfər iştirak edib, 60 nəfər proqrama seçilib, 35 nəfər məzun adını qazanaraq sertifikatla təltif edilib, 7 nəfər könüllü isə işlə təmin edilib. “Koroğlu” NMM-də 24 nəfər könüllü səhər və axşam pik saatlarda 9 noyabr – 9 dekabr tarixlərində mərkəzin istifadə qaydaları, təlimatlar barədə sərnişinləri məlumatlandıraraq könüllü fəaliyyət göstərib. Hazırda 30 nəfər könüllümüz bu və ya digər fəaliyyətlərimizdə fəal şəkildə iştirak edirlər.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020