Əsas səhifəNəqliyyatYeni il gecəsi Bakıda avtobuslar saat 1-dək işləyəcək
PAYLAŞ

Yeni il gecəsi Bakıda avtobuslar saat 1-dək işləyəcək

Nəqliyyat 30 Dekabr 2019 10:00 1717

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paytaxtda keçiriləcək bayram şənlikləri ilə əlaqədar, müntəzəm marşrut xətləri üzrə avtobuslar qeyd olunan tarixdə gecə saat 01:00-dək fəaliyyət göstərəcək.

Bunu nəzərə alaraq, vətəndaşlara bayram tədbirlərinin keçirildiyi məkanlara ictimai nəqliyyatdan istifadə etməklə getmələrini tövsiyə edirik. Bu cür mədəni kütləvi tədbirlər zamanı şəxsi nəqliyyat vasitəsindən daha az istifadə olunması hər kəsin mənzil başına daha tez, rahat və maneəsiz çatmasına imkan verir. Vətəndaşlarımızdan anlayış göstərərək ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik.  

Bundan əlavə, Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi tərəfindən dekabrın 31-i gecə saatlarında, xüsusən də mərkəzi küçə və prospektlərdə sıxlığın aradan qaldırılması məqsədi ilə svetoforlarda yaşıl dalğa tətbiq ediləcək. 

Həmçinin, əhalinin rahat hərəkətini təmin etmək üçün gün ərzində qanunsuz parklanmaya nəzarət həyata keçiriləcək.
Sürücülərdən xahiş edirik ki, avtomobillərini dayanma-durmanın qadağan olunduğu yerlərdə saxlayaraq digər hərəkət iştirakçılarına mane olmasınlar. 

Unutmayaq ki, biz yollarda tək deyilik və həmrəy olub birbirimizə anlayışla yanaşaq.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020