Əsas səhifəÖlkəBaş Dövlət Yol Polisi İdarəsinin müraciəti
PAYLAŞ

Baş Dövlət Yol Polisi İdarəsinin müraciəti

Ölkə 02 yanvar 2020 13:00 1798

Müşahidələrimız göstərir ki, son günlər vətəndaşlarımızın avtomobil yolunu piyadalar üçün nəzərdə tutulmayan yerlərdən keçmələri halları artmışdır.
Vətəndaşlarımıza bir daha xatırladırıq ki, yolun hərəkət hissəsini yalnız yerüstü və yeraltı keçıdlərdən və yaxud  piyadalar üçün nəzərdə tutulmuş yerərdən keçmək lazımdır.
Bununla yanaşı piyadalar yolu keçərkən mütləq şəkildə sağa-sola baxmalı, qış mövsümü ilə əlaqədar havanın tez qaralmasını nəzərə alaraq.günün qaranlıq vaxtı üzələrində işıqqaytarıcı elementlər olan geyimlərdən istifadə etməlıdirlər. 

Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, yolu mobil telefonla danışaraq keçmək, qulaqcıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə yolverilməzdir. Avtomobilin tam dayandığını əmin olduqdan sonra yolu keçmək lazımdır.
Eyni zamanda sürücülərə müraciət edirik ki, piyada keçidlərini keçərkən diqqətli olsunlar,tələsməsinlər, piyada keçidində olan piyadaların yolu sərbəst keçmələrinə şərait yaratsınlar.

Bundan əlavə, işıq cihazlarından düzgün istifadə etməyi, yolda sürət həddinə rıayət edərək, xüsusilə də günün qaranlıq vaxtlarında və yağmurlu hava şəraitində avtmobili minimum sürət həddi ilə idarə etməyı tövsiyə edirik.
Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkət iştirakçılarını “Yeni il” bayramı münasibəti ilə bir daha təbrik edir,onlara təhlükəsiz yol arzulayır.
Hər bir hərəkət iştirakçısı unutmamalıdır ki, ailə üzvləri onun yolunu gözləyirlər.



Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020