Əsas səhifəNəqliyyatH1 Hava limanı - “28 May” ekspress marşrut xətti üzrə avtobusların dayanacaq məntəqələrinini sayı artırılıb
PAYLAŞ

H1 Hava limanı - “28 May” ekspress marşrut xətti üzrə avtobusların dayanacaq məntəqələrinini sayı artırılıb

Nəqliyyat 09 Yanvar 2020 10:00 4650

H1 Hava limanı - “28 May” ekspress marşrut xətti üzrə avtobusların dayanacaq məntəqələrinini sayı artırılıb. Belə ki, H1 ekspress marşrut xətti üzrə avtobuslar Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edərkən Heydər Əliyev prospektinin Səttar Bəhlulzadə (Bülbülə qəsəbəsinə giriş, Saatın yanı) və 14 iyul küçələri ilə kəsişmədəki (Yeni Suraxanı qəsəbəsinə girişdə yerüstü piyada keçidinin yanında) dayanacaqlarda dayanması təşkil edilib. Şəhər mərkəzi istiqamətində isə müvafiq olaraq qarşı tərəfdəki dayanacaqlarda dayanması təşkil edilib. Ekspress xətt üzrə avtobusların əlavə dayanacaqlarda dayanması vətəndaşların Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınmaqla təşkil edilib.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020