Əsas səhifəNəqliyyatBakı Nəqliyyat Agentliyi İSO idarəetmə standartı üzrə iki beynəlxalq sertifikat alıb
PAYLAŞ

Bakı Nəqliyyat Agentliyi İSO idarəetmə standartı üzrə iki beynəlxalq sertifikat alıb

Nəqliyyat 09 Yanvar 2020 16:00 2503

Bakı Nəqliyyat Agentliyi İSO idarəetmə standartı üzrə iki beynəlxalq sertifikat alıb. Bu məqsədlə, Agentlikdə Almaniyanın Beynəlxalq İSO Standarları üzrə Tüv Thüringen Standartlaşdıma Orqanı tərəfindən Beynəlxalq İSO 9001:2015 (Keyfiyyətin İdarə Olunması) və İSO 14001:2015 (Ətraf Mühitin İdarəetmə) standartının tələblərinə uyğunluq auditi keçirilib. Nəticədə Bakı Nəqliyyat Agentliyi İSO 9001:2015 və İSO 14001:2015 uyğunluq sertifikatlarına layiq görülüb.

İSO 9001:2015 (Keyfiyyətin İdarə Olunması) standartı vətəndaşyönümlü, idarəetməyə sistemli yanaşma, təşkilat daxilində hər kəsin iştirakı, daimi təkmilləşdirmə, faktlara əsaslanan qərarların qəbul edilməsi kimi prinsiplərə əsaslanır. Keyfiyyətli İdarəetmə Sisteminin tətbiqi şəhər nəqliyyat sistemində baş verən hər bir prosesin şəffaf mexanizmlərə və qaydalara əsaslanmaqla həyata keçirilməsinin göstəricisidir. Hər bir prosesin başlanğıcı və sonu arasındakı fəaliyyət tam aydındır və tətbiq olunan şəffaf mexanizmə uyğundur.
Agentliyin fəaliyyətinin İSO 9001:2015 standartına uyğun qurulması işin keyfiyyət əmsalının ölçülməsini təmin edəcək və keyfiyyətin daim yüksəldilməsinə zəmin yaradacaq.

İSO 14001:2015 (Ətraf Mühitin İdarəetmə) standartı şəhər nəqliyyatının ekoloji təsirlərin müəyyənləşdirilməsi, bu təsirlərin ölçülərinin qiymətləndirilməsi və daha sonra bu təsirlərin minimuma endirilməsi məsələsində köməklik göstərən bir vasitədir. Adıçəkilən beynəlxalq sertifikatın əldə olunması ətraf mühitin mühafizəsi və bu sahələrdə görülən işlərin daha da mükəməlləşdirməsinə təkan verəcək.
Müasir dövrün əsas çağırışlarından olan ekoloji təhlükəsizlik və ətraf mühitin qorunması Bakı Nəqliyyat Agentliyi əsas hədəflərindəndir. Ekoloji baxımından daha təmiz nəqliyyat mühitinin formalaşdırılması üçün son illər sistemli tədbirlər həyata keçirilir. Qanunsuz parklanmaya qarşı mübarizə, yolların avtomobil buraxıcılıq qabiliyyətinin artırılmasına yönəlik layihələr belə tədbirlərdəndir. Eyni zamanda, insanların ictimai nəqliyyatdan istifadəyə marağını artırmaq üçün zəruri infrastruktur yaradılır və avtobus parkı yenilənir. Avtobus parkının yenilənməsi zamanı CNG və elektirik mühərrikli nəqliyyat vasitələrinin olması əsas şərt olaraq müəyyən edilib. Qısa vaxtda şəhər nəqliyyatında CNG mühərrikli avtobusların sayı 600 ədədə çatdırılıb. 
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin fəaliyyət sahəsinə uyğun olaraq, gələcəkdə digər beynəlxalq standartların da tətbiqi nəzərdə tutulur.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020