Əsas səhifəNəqliyyatBakı Nəqliyyat Agentliyində 20 Yanvar faciəsinin 30–cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
PAYLAŞ

Bakı Nəqliyyat Agentliyində 20 Yanvar faciəsinin 30–cu ildönümü ilə bağlı anım tədbiri keçirilib

Nəqliyyat 17 Yanvar 2020 17:00 2417

Bakı Nəqliyyat Agentliyində 20 Yanvar faciəsinin 30–cu ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib. 20 Yanvar hadisələrindən bəhs edən film nümayiş etdirilib. Tədbirdə çıxış edən Bakı Nəqliyyat Agentliyinin aparat rəhbəri Gülşən Rzayeva bildirdi ki, 20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifə yazdılar.
Vurğulandı ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinin mahiyyəti məhz onun təşəbbüsü və bilavasitə iştirakı ilə açıqlandı, onlara siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. Faciə baş verəndən bir gün sonra isə Ulu öndər həyatını təhlükə qarşısında qoyaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi. Daha sonra Ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 yanvar faciəsinə ilk siyasi qiymət vermişdir. Faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığı, beynəlxalq səviyyədə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırıldığı, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyi qeyd edilib.
Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək, hər il 20 Yanvarda onların xatirəsini dərin ehtiramla yad edir.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020