Əsas səhifəAvtomobil YollarıBinəqədidə sərxoş sürücü sakinləri yol polisi ilə mübahisəyə təhrik edib
PAYLAŞ

Binəqədidə sərxoş sürücü sakinləri yol polisi ilə mübahisəyə təhrik edib

Avtomobil Yolları 27 Yanvar 2020 12:58 2424

Sosial şəbəkələrdə Binəqədi rayonunda yol polisinin dislokasiya yerindən kənarda xidmət aparması ilə bağlı yayılan iddialar araşdırılıb.

Bu barədə Trend-ə Bakı şəhər Bakı şəhər Baş Polis İdarəsinin Mətbut Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, gecə saatlarında yol hərəkəti qaydalarının pozuntusu ilə müşaiyət olunan “Mersedes” markalı avtomobilə Binəqədi DYPŞ əməkdaşları “saxla” işarəsi veriblər:

"Sürücü yol polisinin qanunu tələbinə əməl etməyib, rayonun Sulutəpə qəsəbəsi istiqamətində hərəkəti davam etdirib. Qanunvericiliyə uyğun olaraq, avtomobil saxlanılıb, sürücü E.İbrahimlinin sərxoş olması müəyyən edilib, o, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunub, avtomobil mühafizə olunan duracağa qoyulub. O da müəyyən olunub ki, sürücü məsuliyyətdən yayınmaq üçün məhəllə sakinlərini DYP əməkdaşları ilə mübahisəyə təhrik edib. DYP əməkdaşları qətiyyət göstərərək qanunvericiliyə uyğun olaraq, öz vəzifələrini icra ediblər".


MƏNBƏ: trend.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020